Türkiyə Rusiya, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə ixracı artıracaq

Türkiyə ixracatçıları Avropada üzləşdikləri itkilərə görə məhsullarını Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə tədarük etməyi planlaşdırır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” qəzeti məlumat yayıb.

Bildirilib, Avropa Türkiyə üçün əsas bazar olaraq qalır və onun ixracının təxminən 45 %-i məhz həmin ölkələrin payına düşür. Lakin qitədə qlobal və regional amillər nəticəsində baş verən iqtisadi düşüş son zamanlar Türkiyənin hazır tikiş, geyim və tekstil sənayesi üçün 10 %-dən çox itki ilə nəticələnib.

“Əsas bazarımız olan Avropa İttifaqı ölkələrinə hazır geyim ixracı 70 %-dən 59 %-ə düşüb. Biz Rusiya, Yaxın Şərq və Fars körfəzi ölkələrinə tədarük etməklə Aİ bazarında təlabat çatışmazlığından yaranan boşluğu doldurmağa yönəlmişik. Xüsusilə, 2024-cü ildə Rusiyaya ixracın artacağını gözləyirik”, - Türkiyə Hazır Məhsul İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Ramazan Kaya qeyd edib.