Sunak İngiltərədə etirazlarla qarşılanan Netanyahuya demokratiya xəbərdarlığı edib

Böyük Britaniyanın baş naziri Rishi Sunak İsrailin ölkəsi üçün həyati beynəlxalq tərəfdaş olduğunu bəyan edərək, bu ölkədəki hökuməti mübahisəli məhkəmə islahatları ilə bağlı sırf xəbərdarlıq edib.

Londonda etirazlarla üzləşən İsrailin baş naziri Binyamin Netanyahunu Baş nazirlik iqamətgahında qəbul edən Sunak ölkəsinin İsraillə əlaqələri gücləndirmək istədiyini bildirib. Baş nazirlikdən verilən açıqlamaya görə, Sunakın bu səhərki görüşündə ilk növbədə Yaxın Şərqdə sülh və sabitlik, ikitərəfli ticarət, Rusiya və İran müzakirə edilib.

Görüş zamanı Sunak "Böyük Britaniyanın demokratik dəyərlərə bağlılığını" vurğulayaraq, Netanyahu Londonun İsraildə məhkəmə sisteminin mübahisəli müstəqilliyi və qanunun aliliyi ilə bağlı davam edən nümayişlərdən narahatlığını ifadə edib.

Sunak, Böyük Britaniyanın İsrailin terrorla mübarizəsinə verdiyi dəstəyi bir daha vurğulayaraq, bununla belə, İsraildəki məhkəmə islahatları ilə bağlı narahatlığını Netanyahuya çatdırıb və beynəlxalq ictimaiyyətin eskalasiyadan narahatlığını dilə gətirib.

Gərginliyin azaldılmasına çağıran Sunak, İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yolunun təşviqi ilə bağlı fikirlərini təkrarlayıb. Görüş zamanı İsrail və Böyük Britaniya "İranın sabitliyi pozan hərəkətlərindən" narahat olduqlarını bildirib və təcavüzü dəf etmək və nüvə silahının yayılma riskini idarə etmək üçün sıx əməkdaşlıq edəcəkləri vurğulanıblar.

İsrailin baş naziri Benyamin Netanyahu Londonda insan haqları təşkilatları, fələstinli qruplar və müxalif israillilərin ayrı-ayrı nümayişləri ilə etiraz edib. Downing Streetdəki 10 nömrəli Baş nazirlik ofisində təşkil edilən qarşılanma və iki lider arasındakı görüş qarşıdakı etirazların kölgəsində baş tutub. Netanyahu və İsraili Fələstin siyasətlərinə görə tənqid edən etirazçılar onun addımını təhqid etdi.

Xatırladq ki, İsrail Ədliyyə naziri Yariv Levin yanvarın 5-də Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq və hakimlərin seçiminə məhkəmə sisteminin təsirini azaldacaq “məhkəmə islahatı” planlaşdırdıqlarını açıqlayıb.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə hakimiyyətinin bəzi səlahiyyətlərinin Parlamentə verilməsi istiqamətində atdığı addımlar hökumətlə İsrail məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

Netanyahu hökuməti məhkəmə qaydasında Ali Məhkəmənin Parlamentin qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətinin böyük ölçüdə əlindən alınacağını açıqlayıb. Ədliyyə orqanlarının səlahiyyətlərini məhdudlaşdıran və hakim təyinatlarında söz sahibi olmağı nəzərdə tutan hökumətin məhkəmə tənzimləməsi, İsrail daxilində və beynəlxalq səviyyədə məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdırdığı səbəbiylə ciddi şəkildə tənqid olundu.

Prezident İsaak Hersoqun təqdim etdiyi və tərəflərə “vətəndaş müharibəsi” barədə xəbərdarlıq edən alternativ qanun layihəsi də hökumət tərəfindən rədd edilib. Digər tərəfdən, davam edən müzakirələrə və reaksiyalara baxmayaraq, “məhkəmə islahatları” çərçivəsində “baş nazirin vəzifədən azad edilməsini çətinləşdirən” qanun layihəsi bu gün TBMM-dən keçib.