Səudiyyədən Qətərə barışıq şərti: Suriyaya qoşun göndər

"Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, Suriyaya qoşunlarını göndərməlidir". FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bildirib.
 
"Qətər Suriyada ABŞ qoşunlarının olmasına görə pul ödəməlidir və ABŞ prezidenti Qətəri müdafiə etməkdən imtina etməmiş, bu ölkəyə öz qoşunlarını göndərməlidir",-deyə səudiyyəli nazir əlavə edib.

Səudiyyə Ərəbistanının XİN rəhbəri həmçinin deyib ki, əgər ABŞ Qətərin təhlükəsizliyi təmin etməkdən imtina edərsə, onda rejimi həftə ərzində devriləcək.
 
Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp ötən ay Səudiyyə Ərəbistanına Qətərlə barışması barədə göstəriş vermişdi. Görünür Səudiyyə rəhbərliyi də Qətərlə barışıq şərtlərindən biri kimi məhz bu ölkənin Suriyaya qoşun göndərməsini irəli sürüb.