Səfər ayının yeddinci günü Həzrət Məsumənin (s.ə) hərəmində əzadarlıq mərasimi keçirilib

Səfər ayının yeddinci günü İmam Həsən Müctəbanın (ə) şəhadəti günüdür. İmamamın şəhadətinin ildönümü münasibəti ilə İranın Qum şəhərində Xanım Məsumənin (s.ə.) hərəmində əza məclisi təşkil edilib.

Mərasimə qatılan Qumdan olan dini heyətlər əzadar dəstələri halında Həzrət Fatimeyi Məsumənin (s.ə) pak hərəmini ziyarət edərək başsağlığı veriblər.

İmam Həsən (ə), hicrətin 50-ci ilində 47-il yaşadıqdan həyat yoldaşı Əşəsin qızı Cödə tərəfindən zəhərlənərək şəhid edilib. Onun cənazəsi babası Rəsulallahın (s) yanında dəfn edilməsi istənilsə də, Ayişə buna icazə verməyib. Nəticə İmam Bəqi məzarlığında torpağa verilib.

Zamanla İmam Həsənin (ə) məzarı üzərində türbə ucalqılsa da, XX əsrin əvvəllərində bu türbə vəhhabilər tərəfindən dağıdılıb.