Sədrdən İsveçdəki islamofobiya aktı ilə bağlı 1 milyon imza çağırışı

İraqın “Sədr” hərəkatının başçısı Müqtəda əs-Sədr İsveçdə müqəddəs Qurani-Kərimin nüsxəsnin yandırılması ilə bağlı məzəmmətedici 1 milyon imzanın toplanılması çağırışı ilə çıxış edib.

Operativtv.com Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, əs-Sədr həmin imzaların İsveçin Bağdaddakı səfirliyinə veriləcəyini elan edib.

O, həmvətənlərini Stokholmda baş verən anti-islami ədəbsizliyi ən qəti şəkildə pisləməyə və şəhərdə Quran nüsxəsi formasında abidə quraşdırmağ səsləyib.

Əs-Sədr qeyd edib ki, əgər İsveç rəhbərliyi 24 saat ərzində sözügedən islamofob cinayətdə əli olan hər kəsi məsuliyyətə cəlb edərsə, bu cür təşəbbüslərə gərək qalmayacaq.

Xatırladaq ki, ötən həftəsonu İsveç rəhbərliyi Danimarkalı ultra-sağçı siyasətçi Rasmus Paludan Quran nüsxəsini yandırmağa icazə və razılıq verib və onun təhlükəsizliyini təmin edib.