"Səbail" "Kəpəz"ə böyük hesabla qalib gəldi

Misli Premyer Liqasında 22-ci tur davam edir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu gün 1 matç keçirilib. Belə ki, "Kəpəz" "Səbail"i qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra Şahin Diniyevin komandası xallarını 30-a çatdırıb və "Sabah"ı üstələyərək 5-ci pilləyə yüksəlib.