Renat oynadı, komandası qələbə qazandı

İsveçrə çempionatında 19-cu turun oyunları keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun üzvü olduğu “Qrasshopper” öz meydanında “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası 1:0 hesablı qələbə qazanıb.

Matçın 61-ci dəqiqəsində meydana çıxan Renat sonadək mübarizə aparıb.