"Real" "Atletiko" ilə heç-heçə etdi

La Liqanın 23-cü turunda Madrid derbisi reallaşıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "Real" "Atletiko"nu qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Qonaq komanda bərabərlik qolunu 90+4-cü dəqiqədə vurub.

"Real" - "Atletiko"- 1:1
Qollar: Dias, 20 (1:0), Llorente, 90+4 (1:1)

"Real" 58 xalla 1-ci pillədə, "Atletiko" 48 xalla 4-cü pillədə qərarlaşıb. "Jirona" 56 xalla 2-ci, "Barselona" 50 xalla 3-cüdür.