Prokuror keçmiş siyasi mühacirin 7,5 il müddətinə həbs edilməsini təklif edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 13-də davam edəcək.

Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və ötən il yanvarın 27-də həbs olunub. İttihama görə, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədəd narkotik tərkibli həb tapılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb.