“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova baş prokuror Kamran Əliyevə müraciət edərək ərinin həbsxanada döyülməsinin araşdırılmasını istəyib. Noyabrın 12-də sosial şəbəkədə yaydığı müraciətdə o, xəsarətlərin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza keçirilməsini və məsul şəxslər barəsində cinayət işi başlanmasını tələb edib.
Aslanovanın yazdığına görə, jurnalist oktyabrın 12-də məktəblərdə hicablı şagirdlərə qoyulan məhdudiyyətə etiraz olaraq aclığa başlayıb, ertəsi gün isə 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibov onu və məhbus Zeynal Bayramovu iş otağına çağırıb. Həyat yoldaşı deyir ki, otaqda Teymur adlı əməkdaş jurnalistin qolunu burub onu yerə yıxıb, rəis isə onun üzünə zərbələr endirib və təhqir edib.
Müraciətdə deyilir ki, bundan sonra jurnalistə beş günlük cəza kamerası verilib, o, soyuq kamerada nazik geyimdə saxlanılıb və həkim müayinəsindən keçirilməyib. Oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılan jurnalist orada da cəza rejimində, pəncərəsi və istilik sistemi olmayan otaqda səkkiz gün qalıb. Aslanovanın sözlərinə görə, bu müddətdə ailənin onunla telefon əlaqəsi də məhdudlaşdırılıb.
Gülmirə Aslanova bildirir ki, Müalicə Müəssisəsinin həkimləri jurnalistin üzündə və boynunda zorakılıq izləri görüb onları fotoşəkillə qeydə alıblar. Onun sözlərinə görə, Ombudsman Aparatının ona baş çəkən iki əməkdaşı da Aslanovdan döyülmə barədə məlumat alıb və bədənindəki izləri çəkib.
Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət müraciətlə bağlı hələlik açıqlama verməyib. Aslanov oktyabrın sonunda da rəisin onu döydüyünü demişdi; o, aclığını oktyabrın 31-də Müalicə Müəssisəsində dayandırıb.
Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllim geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı çəkilməsə də, bundan sonra hicablı şagird və müəllimlərin məktəblərə buraxılmadığı bildirilib, bir neçə məhbus da etiraz olaraq aclığa başlayıb. Daxili İşlər Nazirliyi oktyabrın 12-də etirazlarla bağlı 37 nəfərin həbs edildiyini açıqlayıb. Polad Aslanov 2019-cu ildən həbsdədir, dövlətə xəyanətdə təqsirli bilinərək 13 il həbs cəzası alıb, ittihamı qəbul etmir.
Həbsdəki jurnalistin həyat yoldaşı onu döydüyünü dediyi həbsxana rəisinə qarşı cinayət işi tələb edir

Oxşar xəbərlər