Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2026-cı ildə jurnalistləri və media qurumlarını hədəf alan 33 “mətbuat azadlığı yırtıcısı”nın siyahısını təqdim edib.
RSF ABŞ prezidenti Donald Trampın azad mediaya qarşı “dəhşətli fəaliyyətinə” görə siyahıya salındığını bəyan edib: “O, bəzi digər “yırtıcılar” kimi ölümcül üsullara əl atmasa da, ikinci prezidentlik müddətində ABŞ-da jurnalistikanı siyasi təbliğat vasitəsinə çevirmək üçün məqsədyönlü səyləri nəticəsində repressiv fiqur və qüvvələr klubuna daxil olmasını möhkəmləndirib. Hazırda ABŞ RSF-in Dünya Mətbuat Azadlığı İndeksində 64-cü yerdədir. Trampın mətbuata qarşı hücumu getdikcə ritorika və dövlət siyasəti çərçivəsini aşaraq jurnalistlərə tətbiq edilən fiziki məhdudiyyətlərə də şamil olunur”.
Azərbaycanın dövlət başçısı İlham Əliyev 2026-cı ildə də “mətbuat azadlığı yırtıcısı” adını qoruyub. 2009-cu ildən bəri davamlı şəkildə o, “mətbuat azadlığı yırtıcısı” olaraq elan edilir.
“Mətbuat azadlığı yırtıcısı” siyahısının digər daimi “laureatları” Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenka, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin prezidenti Si Cinpin də 2026-cı ildə yerlərini qoruyublar.
RSF yaydığı açıqlamada İsrail hökumətini də jurnalistlərə qarşı repressiv davranışda günahlandırıb:
“Binyamin Netanyahunun hökuməti İsrail silahlı qüvvələri ilə birlikdə Qəzza, İordan çayının qərb sahili və Livanda jurnalistlərə qarşı repressiv siyasət yürüdür. Si Cinpinin rəhbərlik etdiyi Çin dünyada jurnalistlərin ən çox həbsdə saxlanıldığı ölkə olaraq qalır”.
Alphabet şirkəti və Facebook, İnstaqram, Threads sosial şəbəkələrini özündə birləşdirən “Meta” şirkəti də “mətbuat azadlığı yırtıcısı” adına layiq görülüb.
Gürcüstanın qeyri-rəsmi rəhbəri, Rusiyayönümlü “Gürcü arzusu” partiyasının qurucusu milyarder Bidzina İvanişvili də “mətbuat azadlığı yırtıcısı” siyahısına daxil edilib.
Qeyd edək ki, “Media yırtıcısı” nominasiyası RSF tərəfindən 2001-ci ildə təsis edilib. Hər il Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günündə siyahı açıqlanır.
RSF 2026-cı ildə jurnalistləri və media qurumlarını hədəf alan 33 “mətbuat azadlığı yırtıcısı”nın siyahısını təqdim edib

Oxşar xəbərlər