Vahid Azad Mətbuat Koalisiyası 3 May - Dünya Media Azadlığı Günü münasibətilə illik hazırladığı “10 Ən Vacib” siyahısını dərc edib.
“Həqiqəti söylədiklərinə görə həbs olunan jurnalistlərə” diqqət çəkmək üçün hazırlanan siyahıya bu il də Azərbaycandan “Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı daxil edilib.
"Vaqifqızı və həmkarlarına 2025-ci ilin ortalarında Qərb donorlarından maliyyə qəbul etməsi və ölkəyə qanunsuz şəkildə böyük məbləğdə pul gətirməsi ilə bağlı maliyyə cinayətləri ittihamı ilə hökm oxunub. 36 yaşlı Vaqifqızı və onun həmkarları ittihamları rədd edərək, bəyanatda bildirdilər ki, bu ittihamlar “ölkə prezidentinin və onun təyin etdiyi məmurların törətdiyi korrupsiya cinayətləri ilə bağlı bir sıra araşdırmalara görə qisas məqsədi daşıyır"", - koalisiyanın yazısında bildirilir.
Siyahıda, həmçinin, İran, Honq-Konq, Vyetnam, Çin, Tacikistan, Kamerun, Filippin, Efiopiya və Əlcəzairdə həbsdə olan jurnalistlər yer alıb.
Siyahı Jurnalistlərin Müdafiə Komitəsi, Beynəlxalq Qadın Mətbuatı Fondu və “Sərhədsiz Reportyorlar” təşkilatları ilə birgə hazırlanıb.
Koalisiya bildirir ki, hazırda dünyada həbsdə olan 330 jurnalist var.
"Sadəcə olaraq öz işlərini gördüklərinə və həqiqəti söyləməyə çalışdıqlarına görə həbs edilən jurnalistlərin sayının artdığını nəzərə alaraq qəti şəkildə səsimizi birləşdirməliyik”, - bəyanatda deyilir.
Yerli və beynəlxalq hüquq müdafiəsi təşkilatları Azərbaycanda 30-a yaxın jurnalistin peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirir.
Sevinc Vaqifqızı ikinci dəfə dünya üzrə “10 Ən Vacib” jurnalist siyahısında yer alıb