“Yalnız bu ilin gəlişi ilə həbs olunan inanclıların sayı 200-dən artıq olub”

Hüquq müdafiəçisi Arif Yunus İran-Amerika,İsrail arasında baş verən müharibənin Azərbaycanda yaratdığı təsirlərini araşdırarkən bildirib ki, 2026-cı ilin gəlişi ilə ölkədə şiə inanclılarının həbs rəqəmi 200-ü ötüb. “Mənim əlimdə olan faktlara əsasən yeni ilin gəlişindən bu tərəfə həbs olunan şiə inanclılarının sayı 220-nəfərdən çoxdur. Bu mənə bəlli olan rəqəmdir. Ola bilər ki, saylar bundan da çox olsun.”

O, həbslərlə yanaşı şiə inanclarına qarşı təzyiqləri Azərbaycan hakimiyyətinin Qərbə yaxınlaşma, Qərb siyasətini dəstəkləmə oyunu çərçivəsində atılan addım kimi dəyərləndirib.

“Sonrakı dövrlərdə şiə inanclılarına qarşı mövqey hakimiyyətin özünə müəyyən etdiyi siyasi baxışın istiqamətinə bağlı olacaq. Təəssüflə deyilməlidir ki, bu siyasi baxış Azərbaycanda şiələri hakimiyyətin girovuna çevirərək şəxsi ambisiyasına qurban edir. Ümid edək ki, növbəti mərhələlərə daha doğru addım atılacaq”-deyə o, bildirib.