İsrail hərbçiləri yenidən Suriyaya soxuldu

İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinə soxulub.

Onlar kənd təsərrüfatı zonasında yerləşən bir neçə yaşayış məntəqəsinə yenidən daxil olublar.

Dörd hərbi nəqliyyat vasitəsindən ibarət İsrail hərbi korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olduqdan sonra “Əlam dairəsi” ərazisində müvəqqəti nəzarət-buraxılış məntəqəsi yaradıb. Daha sonra onlar Şərqi Samdaniya kəndi istiqamətində hərəkət edərək vilayətin şimalında yerləşən Tal-Krum-Caba bölgəsinə çatıb.

Bu, ilk belə hal deyil. Daha əvvəl də İsrail qüvvələri vilayətin cənubunda yerləşən bir sıra kənd və şəhərlərə daxil olmuşdu.