Ayətullah Məkarim Şirazi, Shafaqna-nın “müasir texnologiyalar, media və süni intellekt” mövzusunda verdiyi sualları cavablandırıb.
Şiə mərcə təqlidin cavabları aşağıdakı kimidir:
1- Bəzən tərcüməçilər və yazarlar müəllifin və ya nəşriyyatın icazəsi olmadan, müəlliflik hüququ olan əsərləri tərcümə edir və ya yenidən yayımlayırlar. Müəlliflik hüququ qanununun məcburi olmadığı ölkələrdə bu, şəri baxımdan caizdirmi?
Caiz deyil (şəriətə görə icazəli deyil).
2- Bir şəxs başqa dildən bir əsəri tərcümə etsə, lakin müəllifdən və ya nəşriyyatdan icazə almasa, bu əməlin mənəvi qəsb və ya haram olması sayılırmı?
Caiz deyil.
3- Sosial şəbəkələrdə başqaları tərəfindən hazırlanmış videodan, mətnlərdən və ya şəkillərdən mənbə göstərmədən və sahibinin razılığı olmadan istifadə etmək şəri baxımdan caizdirmi?
Əgər sahibinin razılığı olduğu bilinsə, caizdir.
4- Bəzi istifadəçilər yumor və ya reklam məqsədilə başqasının üzündən və ya səsindən istifadə edirlər. Bir şəxsin üzünü onun razılığı olmadan zarafat məqsədilə şəkil və ya video yaratmaq caizdirmi?
Caiz deyil.
5- Süni intellektin elmi, ədəbi və tədqiqat xarakterli əsərlər yaratmaq gücü artdığı üçün, məqalə, dissertasiya və ya kitabı süni intellektlə yazıb, onun rolunu qeyd etmədən yayımlamaq caizdirmi? Şəxs belə bir əsəri öz adı ilə çap edə bilərmi?
Caiz deyil. Yalnız süni intellektin iştirakı açıq şəkildə qeyd olunarsa, caiz olar.
6- Bir şəxs süni intellektin köməyi ilə məqalə yazıb və işin əsas hissəsi süni intellekt tərəfindən görülübsə, bunu öz adına təqdim edib bu barədə məlumat verməmək elmi qəsb və ya aldatma sayılırmı?
Şübhəlidir.
Ayətullah Məkarim Şirazi süni intelektlə bağlı Shafaqna-nın suallarını cavabladı