Məhkəmə Razi Hümbətovun məhkəmə qərarını qüvvədə saxlayıb

Noyabrın 7-də Xəzər rayon məhkəməsi siyasi məhbus Razi Hümbətovun müraciətinə baxıb. Müraciət rejimin dəyişdirilməsi və vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı baş tutan iclasa hakim Ramilə Xəzri sədrlik edib.
Məhkəmədə müdafiə tərəf olaraq vəkil Rəsul Cəfərov çıxış edib. O, Razi Hümbətovun artıq 4 il 4 aydır həbs həyatı yaşamasını, nümunəvi, əxlaqi dəyərlərə malik olmasını və həbs dövründə yetərli sübutların olmaması, yalnız polis işçilərinin şahidliyinə diqqət çəkərən R. Hümbətovun şərti azadlığa buraxılmasını məhkəmədən istəyib.
Hakim həbsxanadan verilən mənfi rəyi diqqətə gətirərək Razi Hümbətovun şərti azadlığa buraxılmasının təmin edilmədiyini bildirərək məhkəməni yekunlaşdırıb.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Kərrar oğlu Hümbətov 2021-ci il iyulun 7 də həbs olunub. Yaşadığı Ceyranbatan qəsəbəsində narkotiklərlə bağlı mübarizə aparan inanclı elə mübarizə apardığı qanunsuzluqla da üzləşib. 20 may 2022-ci ildə o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hər kəs R. Hümbətovun sosial media üzərində paylaşdığı “İlham Əliyev xalq səni sevmir” başlıqla paylaşımı əsasında həbs olunduğunu bilir. Hətta Penitensiar Xidmətin rəsmiləri belə Razinin buraxılmasına maneənin məhz bu paylaşım olduğunu söyləməkdən çəkinmirlər.