BGMİ Şeyxi Bolnisidə məscid tikintisi ilə tanış olub

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Marneulinin Baş Axundu Hacı Əziz Nəbiyev, Əhlibeyt məscidinin axundu Hacı Rahid Kərimov, BGMİ-nin Rustavi və Qardabani üzrə nümayəndəsi Hacı Niyazi Əmirxanov Bolnisi rayonuna səfər edərək, Hz. İmam Baqir (ə) adına Kolayır kənd məscidinin tikinti işlərinin gedişatı ilə tanış olub.

Səfər zamanı Şeyx Hacı Faiq Nəbiyev kənd sakinləri ilə görüşüb, onların məscid tikintisi ilə bağlı fikirlərini dinləyib.

Görüşdə həmçinin Bolnisinin Baş Axundu Hacı İfrət Əhmədov, Kolayırın (Tsurtavi) axundu Məhəmməd Hüseynov , din xadimləri Allahverən Allahverdiyev, Rüstəm Mamedov da iştirak ediblər. Görüşdə kənd sakinləri məscidin inşasına göstərilən dəstəyə və dövlətin müsəlman icmasına olan diqqət və qayğısına görə təşəkkürlərini bildiriblər. Onlar, eyni zamanda, məscidin tikintisinin davam etdirilməsi və tezliklə başa çatdırılması üçün idarədən dəstək istədiklərini vurğulayıblar.

Şeyx Hacı Faiq Nəbiyev məscidin tikintisinin tamamlanması üçün lazımi köməkliyin göstəriləcəyini və bu layihənin vaxtında başa çatdırılması üçün səylərini əsirgəməyəcəklərini qeyd edib.

Söhbət çay süfrəsi masası ətrafında davam edib.