İraqda müqəddəs ziyarətgahlar həm dini mərkəz, həm də sosial-iqtisadi fəaliyyətlərin mühüm dayaqlarından biridir. Bəzən insanlarda belə bir sual yaranır: “Ziyarətgahlara toplanan vəsait hara sərf olunur?”
Məlumatlara əsasən, İraqdakı böyük ziyarətgahların hər birinin xüsusi fondu mövcuddur. Bu fondlar yalnız dini mərasimlərin təşkili ilə kifayətlənmir, həm də müxtəlif sahələrdə geniş fəaliyyət göstərirlər.
Başlıca istiqamətlər bunlardır:
Təhsil: Ziyarətgahların nəzdində təhsil ocaqları, kitabxanalar və tələbələr üçün yataqxanalar fəaliyyət göstərir.
Sosial dəstək: Bəzi hallarda yaxın ölkələrdən gələn müsafirlər, eləcə də məcburi köçkünlər bu müəssisələrdə yerləşdirilir.
Səhiyyə: Müxtəlif bölgələrdə xəstəxanalar açılaraq, əhalinin tibbi ehtiyacları qarşılanır.
Ziyarətgahın xərcləri: Təbii ziyarətgahın istər komunal, istər isə işçilərinin maaşları da bu büdcədən verilir. Odur ki, böyük ehsanlar və çox sayda xidmətçinin (bəzən pulsuz xidmət edirlər) maaşı və iqtisadi xərcləri türbələrin büdcəsi tərəfindən ödənir.
İqtisadi layihələr: Fabriklər və istehsal müəssisələri yaradılır. Beləcə minlərlə insan işsizlikdən əziyyət çəkmir, həmçinin yerli istehsal və yerli xidmət inkişaf edir.
Bundan əlavə, fondlar vasitəsilə aztəminatlı ailələr, xüsusilə də şəhid ailələri üçün evlər tikilir və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Beləcə, toplanan vəsaitlər birbaşa xalqın ehtiyaclarına yönəldilir.
İraqda Ziyarətgahların gəlirləri hara xərclənir?