Müsəlman futbolçu öz mükafatını anasına bağışladı

Müsəlman idmançı təqdirəlayiq bir addım atıb.

Operativtv.com Az.rasthaber.com-a istiandən xəbər verir ki, Mərakeş millisinin müdafiəçisi Əşrəf Həkimi 2022-ci ilin ən yaxşı ərəb idmançısı seçilib və bununla bağlı ona mükafat təqdim edilib.

Məğribli futbolçu mükafatı götürməyə anası ilə birlikdə gedib. Həkimi əldə etdiyi mükafatı dərhal anasına bağışlayıb.

Xatırladaq ki, Həkimi Mərakeş millisinin tərkibind Qətərdə keçirilən DÇ-2022-də 4-cü yeri tutub. Keçən il PSJ ilə birlikdə Fransa çempionu olub və ölkənin Superkubokunu qazanıb.