Körfəz ölkələri Qəzzanın bərpası üçün 1,6 milyard dollar ayıracaq

Dohada Körfəz Əməkdaşlıq Şurasının sammitində liderlər Qəzza zolağının bərpası üçün əlavə 1,6 milyard dollar ayırmağı vəd ediblər.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyinin saytında dərc olunan məlumatda deyilir.

“Sammit iştirakçıları 2009-cu ildə yaradılan - Qəzza zolağının Yenidənqurulması üzrə Əməkdaşlıq Şurasının Proqramı çərçivəsində birbaşa ikitərəfli yardıma əlavə olaraq əlavə 1,646 milyard dollar ayırmağa vəd ediblər”, - sammitin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd olunub.

Onlar, həmçinin Qətər, Misir və ABŞ-ın İsrail və HƏMAS arasında humanitar fasilə ilə bağlı razılaşmalara səbəb olan vasitəçilik səylərini də yüksək qiymətləndiriblər.

Körfəz ərəb liderləri “tam və davamlı atəşkəsə” nail olmaq üçün anklavda atəşkəsi dərhal bərpa etməyə çağırıblar.