Livanın Hizbullah silahlı qruplaşmasının raket atəşi İsrailin şimalında gücləndikcə, İsrail-Livan sərhədindəki boşalan şəhərlərin sakinlərinin geri qayıtmaq planı yoxdur.
David Azulay yerli şuraya rəhbərlik etdiyi İsrailin şimal şəhəri Metolada dağıntılar və tərk edilmiş evlərin arasında gəzir. O, Metolanın Livanla nə qədər yaxın olduğunu göstərir. Metola Şəhər Şurasının rəhbəri David Azulay: "Sərhəd oradır, görürsən?"
HƏMAS militant qruplaşmasının oktyabrın 7-də İsrailə hücumundan bəri 100 minə yaxın israilli şimal sərhədi boyunca evlərini tərk edib. Bu kimi yaşayış məntəqələrindən hələ də minlərlə insan təxliyə edilir və bu yerləri ruh şəhərlərinə çevirir.
Metola boşalsa da, o, Livanın Hizbullah militantlarının raket atəşlərinin hədəfi olaraq qalır. Azulayın hesablamalarına görə, hər həftə bura azı 50 mərmi atılır. "Bu ev çərşənbə günü iki "Kornet" raketi ilə vurulub" - deyə, David Azulay bildirir.
Azulay yaşadığı şəhərdəki dağıntıları bir qrup jurnalistə göstərir. O, burada özünün və qonşularının evlərini qorumaq üçün qaldığını deyir. "Evləri və damları möhkəmlətməyə çalışırıq".
Raket bu evin yuxarı mərtəbəsinə dəydikdən sonra o, alovlanıb və ailə üçün yararsız hala düşüb. Azulay: "Onlar buraya necə qayıdacaqlar?" deyir.
Azulay deyir ki, Metola sakinlərinin əksəriyyəti oktyabrın 16-da təxliyə edilib və Tiberias gölündəki mehmanxanalarda qalırlar.
İsrailin ehtiyatda olan hərbi zabiti Sarit Zehavi İsrail sərhəd təhlükəsizliyi araşdırma mərkəzinin yaradıcısıdır. O deyir ki, Hizbullahın hücum təhlükəsi davam edir. "Onlar minlərlə işğalçı ilə hücuma keçmək istəmir. Çünki dediyim kimi, onlar müharibəyə başlamaq istəmir, İsraili müharibəyə sürükləməyə üstünlük verir. Lakin onlar gah buradan, gah oradan sızmağa qadirdirlər."
Narahatlıq doğuran məqam Livanda Hizbullahın tunelləri şəbəkəsidir. Sarit Zehavi "Qəzzada gördüyünüz kimi, onların bir binadan digərinə keçməsini təmin edən taktiki tunelləri mövcuddur. Və bu kimi strateji tunellər Hizbullaha atıcı qurğuları və işçi qüvvəsini bir bölgədən digərinə köçürməyə imkan verir."
Münaqişənin sonu görünmədiyi üçün İsrail hərbçiləri əraziyə nəzarət edir. İsraillilərin nə vaxt təhlükəsiz şəkildə qayıdıb ölkənin tərk edilmiş şimal şəhərlərində evlərini bərpa edə biləcəkləri məlum deyil.
Amerikanın Səsi
İsrailin ruh şəhərləri