İran Mərkəzi Bankına edilən geniş kiberhücumun qarşısını aldığını bildirib

İranın aidiyyatı qurumları ölkənin Mərkəzi Bankına ötən gecə edilən kiberhücumun qarşısını aldığını bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İnternet İnfrastrukturu Rabitə Şirkətinin baş direktoru Əmir Məhəmmədzadə Lacəvərdi sosial şəbəkələrdəki hesabında yazıb.

O bildirib ki, ötən gecə Mərkəzi Bank və digər platformaların xidmət sahələri kiberhücuma məruz qalıb və hücumun qarşısı alınıb.

“Bu günlərdə xarici hücumların ən çoxu banklara və maliyyə qurumlarına, internet provayderlərinə və kommunikasiya infrastrukturlarına yönəlib və onların qarşısı alınıb”, deyə İran rəsmisi əlavə edib.