İnanclılarin “kəsim” olaraq təqdimatı arxasında nə gizlənir?

Heç kəsə sirr deyildir ki, Azərbaycan xalqının milli ruhunda inancın varlığı onu bir tamlığa çevirən əsas aspektdir. Hətta ateizm təfəkküründə olanlar belə çox səmimi olaraq inancın ölkə həyatındakı rolunu etiraf edir ki, bu da təsadüfi deyil. Artıq yüz illkləri geridə qoyan İslamın zühuru ilə eyni dövrü əhatə edən regiona İslamın gəlişi bir xalq olaraq Azərbaycanın varlığında öz lazımı yerini tuta bildi. Zamanla hakim qüvvələrin ölkədə dinə baxışları da məhz bu dəyəri diqqətə almadan ötmədi. Hətta ilk demokratik müstəqil dövlət quruluşu da, inancın dəyərinə ehtiram göstərərək parlamentdə inanc və təmsilçilərinə xüsusi yer ayırdı. Sonrakı dövrlərdə sovetlər də inancın mahiyyətini lazımınca anladı. Əlbəttə fərqli davranış sərgiləsələr də, bununla belə onlar da xalqın inancına bağlılıq səviyyəsini görməmiş deyildilər.
İkinci dəfə, müstəqilliyin bərpası dövründə də inanc öz aktuallığını qorudu. Bu bütünlükdə müasir dünyanın inanca açdığı geniş qapların sevgi mehinə bağlı başqa bir ehtiyacı da qabardırdı. Xülasə, bayrağın rəmzində əks olunan inanc təsirsiz ötüşmədiyi sahə qalmadı. Bu gün Ramazan və Qurban bayramlarının rəsmi qeyd olunması, ölkə müqəddəratının həllində xüsusi məqam daşıyan inoqurasiya zamanı Quran üzərindən and, qeyri rəsmi ölkənin ən böyük hadisəsinə çevrilən Aşura mərasimi bu xalqın inancına verdiyi əhəmiyyətin təzahürüdür.
Əlbəttə bu tanıtımın qeydi bu diyarın dosta inanclı xalqı sevdirdiyi kimi düşmənin də hədəfindən kənar tutmur. Buna görə də inancın və inanclının hədəfə alınmasında daxili səbəblərlə yanaşı xarıcı faktor da diqqətə alınmalıdır. İnanclının varlığından narahat olanların hər növ kiçiltməyə çalışdığı ölkənin böyük əksəriyyətini təşkil edən inanclıya münasibət də bu addımda aydın seyr olunandır. Bütün siyasi siniflərin (əlbəttə istisna mövcuddur) məhz inanclıya qarşı sərt davranışlar, qanunsuz təzyiqlərə müxtəlif adlar qoyaraq bunu görməzdən gəlmələri bu məsələnin ən bəsit tərəfidir. Adi vəziyyətdə şər maşını adlandırılan hakimiyyət nədənsə dindarlarla davranışda mələk kimi qəbul olunur. Hər bir siyasi qrupların mütləq əksəriyyətinin siyasətdən uzaq inanclısının məhz onun həyat əhəiyyətli mövcudluğunda oynadığı rolu yetərincə anladığı halda bunun etirafı irəli gələndə inanclı “kəsim” olaraq adlanır. Şübhəsiz, inanclılar bir çoxlarının görmək istədiyi kimi “kəsim” deyil, əksinə xalqın böyük kütləsini ehtiva ehtiyi sadə həqiqətdir. Kəsim xaqdan ayrılaraq onun varlığında müəyyən zamanı əhatə edən qrupun fəaliyyət çərçivəsinə müvafiq fikirdir. Hansı ki, inanclını xalqdan ayırmaq, xalqın böyük əksəriyyətini cüzi saydan ayırmağa bərabərdir ki, bu da qeyri mümkündür. İnanclıya “dini kəsim” deyənlərin sözündəki həqiqi məna inanclının kəsim deyil, siyasətlə məşğul olan bir qrupun təqdimatı olaraq qeyd oluna bilər ki, bunun da əsas tərəfi məhz inanclının siyasətdə təmsilçilik maraqlarından uzaq olmasıdır. Onlara görə İlahi dəyrlərə itaət artıq böyük bir idarəçilik konsepsiysıdır. Burada bütün qanunlar qüdrətli Allahın hökmü çərçivəsində alidir. Haramlardan çəkinən və halallara əməl edən inanclı dünya qanunlarının təqdim etdiyi müddüaların ən alisini həyata keçirəcək mükəmməl bir sistemdə fəaliyyətdədir. Ona görə də bu sırada onun hakimiyyətdə hər hansı bir təmsilçilik etməsinə lüzum qalmır. Əlbəttə bu o anlama da gəlməz ki, inanclılar dini hakimiyyətin qurulması sistemindən yanadırlar, xeyr. Dini dövlətin, ilahi qanunların işləndiyi ortam bütün dünya inanclısının arzuladığı bir reallıqdır. Lakin bu, günün düzəni həqiqi demokratiyanın simasında mövcud dinin kimlik tələbini tam formada nümayiş etdirəcək qədərdir.
Azərbaycanda inanclıların siyasi kəsimdə olan qüvvələrlə nisbətdə fərqi də budur. Onların syasi rəng və çalarları, idarəçilik sükanları öz düşüncələrində inanclı ilə nisbətdə fikri olaraq onlarda özünü böyük görmə təsəvvürünə yol açan bir təxəyyül ortaya qoyub. İnanclını “kəsim” görən iqtidarlı müxalifətli olan bu kəsimlər ölkə yüklü problemlər irəli gələndə inanclının əhəmiyyətli və aparıcı qüvvəsini etiraf edir. Buna 44 günlük müharibə ən sadə nümunədir. 1988-ci il azadlıq hərəkatından başlanan bu mövcudluğu bu gün sərhədləri bütün Azərbaycanı əhatə edib.
Ölkənin həyat yüklü bütün problemlərinə baxış inaclı xaqın tamlığı nəzərə alınaraq gerçəkləşdirilir. Bu etiraf olunmayan ən sadə həqiqətdir.

Məhz bu həqiqət, bütün varlığı ilə Azərbaycan xalqının müqəddəratını öz üzərində gəzdirən inanclının özünəinamına hesablanan “kəsim” deyilən davranışlar həqiqətdə inanclının varlığında gözlənən qüdrətin yaratdığı narahatlıq səbəbinə əsaslanır.
Bunun təsdiqinə hər kəs səsli-küylü davranışları deyil, danışılanların nəyi qabartmaq istəmələrinə baxmaq kifayətdir.

MBH Mətbuat Katibliyi.