Cəmil Məmmədli həbs edilib

Jurnalist Cəmil Məmmədli saxlanılıb. Yaxınları bildirir ki, məhkəmənin qərarı ilə C. Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib. Cəmil Məmmədli 20 ilə yaxındır ki, müstəqil jurnalist kimi fəaliyyət göstərir. Çalışdığı illər ərzində məmur özbaşınalıqlarını, qanunsuzluqları Azərbaycanın gündəminə gətirib.

Özünün ötən həftə bildirdiyinə görə təhdid mesajları alır və onu həbs ediləcəyi qətidir. Cəmil Məmmədli özü həbsini qanunsuz hesab edir və bildirir ki, onu müəammalı qətl işini araşdırma etdiyinə görə həbs ediblər.

Qeyd edək ki, o, xuliqanlıqda ittiham olunur.