19 November 2026

2030-cu illərin ortalarınadək islam dini dünyanın ən böyük dininə çevriləcəyi gözlənilir

2030-cu illərin ortalarınadək islam dininin xristianlığı geridə qoyaraq dünyanın ən böyük dininə çevriləcəyi gözlənilir. "Pew" Araşdırmalar Mərkəzi noyabrın 18-də belə bir proqnoz açıqlayıb.

Bunun əsas səbəbi müsəlman qadınlar arasında doğum səviyyəsinin daha yüksək olmasıdır.

Hörmüz boğazında üç neft tankerində yanğın baş verib

Bu gün səhər saatlarından etibarən Hörmüz boğazının şərqində qayda pozuntusuna yol vermiş üç neft tankeri yanaraq hərəkətsiz qalıb.

İran Ordusu bu gün səhər saatlarından etibarən İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadan naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən üç neft tankerinin dəniz minalarına düşərək yanğınla üzləşdiyini və hərəkətsiz qaldığını açıqlayıb.

Putinlə Tramp Çində 40 dəqiqə görüşüb, Kreml əsas mövzunun Ukrayna olduğunu deyir

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində ikitərəfli görüş keçiriblər. CNN-in məlumatına görə, görüş təxminən 40 dəqiqə çəkib. Bu, iki liderin 2025-ci ilin avqustunda Alyaskada keçirilən görüşdən 15 ay sonra ilk ikitərəfli görüşüdür.

İsrailli orqan ticarəti ilə məşğul olan şəxs Rusiyada 12 il müddətinə azadlıqdan məhrum edildi

Keçən il Türkiyədə həbs edilən və Rusiyaya deportasiya edilən İsrail vətəndaşı Boris Volfman, 2006-2008-ci illər arasında orqan toplama üçün Kosovaya insanları daşıdığına görə 12 il həbs cəzasına məhkum edilib.

Rusiya hakimiyyət orqanlarının məlumatına görə, 42 yaşlı Volfman 2006-2008-ci illər arasında Rusiya vətəndaşları da daxil olmaqla insanları qanunsuz əməliyyatlar üçün Kosovaya daşıyıb. Bu şəxslərin orqanlarının beynəlxalq cinayətkar təşkilat tərəfindən satıldığı iddia edilirdi.

Şəhriyar Məmmədyarov armageddonda uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində Levon Aronyanla qarşılaşması yekunlaşıb.

13-16-cı yerlər uğrunda keçirilən duelin qalibi armageddon partiyasında müəyyənləşib. Ağ fiqurlarla oynayan təmsilçimiz ABŞ şahmatçısına məğlub olub.

Məmmədyarov noyabrın 17-də keçirilən ilk oyun gününü 11:9 hesablı qələbə ilə tamamlasa da, ikinci gündə 6.5:13.5 hesabı ilə uduzub.

Hizbullah beynəlxalq birliyi Qəzza üçün tədbir görməyə çağırıb

Hizbullah İsrailin Qəzza Zolağına hücumlarını, atəşkəs pozuntularını və fələstinliləri zorla didərgin salmaq cəhdlərini qınayaraq, beynəlxalq birliyi, atəşkəs zəmanətçilərini və ərəb ölkələrini tədbir görməyə çağırıb.

Hizbullah İsrailin Qəzza Zolağına hücumlarını, fələstinlilərə qarşı təhdidlərini və minlərlə insanın evlərindən zorla didərgin salınmasını qınayaraq, ABŞ rejimini, atəşkəs zəmanətçilərini və ərəb ölkələrini hücumların qarşısını almaq üçün dərhal tədbir görməyə çağırıb.

İsrail ordusu Qəzza zolağında əməliyyata başladığını təsdiqləyib

İsrail ordusu və ölkənin Daxili Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağında “sarı xətt”in qərbində HAMAS-a məxsus tunelin məhv edilməsi iddiası ilə yenidən cəhənnəmə çevirdikləri ərazidə birgə əməliyyata başlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İddiaya görə, tunel İsrail hərbçiləri üçün birbaşa təhlükə yaratdığı üçün onlar bu əməliyyata başlayıb.

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir. 

Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.

Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.

Ya “ermənipərəst” sözünü dəyişin, ya da…

Azərbaycanda hakimiyyətin düşmən obrazı yaratmaqla opponentlərinə qarşı apardığı mübarizə yeni deyil. Birbaşa və açıq mübarizədə aciz qaldıqda, o, hər zaman meydana üçüncü tərəfləri çəkərək nifrət obrazını özündən uzaqlaşdırmaq siyasəti yürüdüb. Bununla həm xalqın diqqətini və nifrətini başqa istiqamətə yönəltməyə çalışıb — halbuki artıq cəmiyyətin böyük əksəriyyətinin hədəfində olduğunu görməmək mümkün deyil — həm də daxili qüvvələri zəiflətmək, onları siyasi oyundan çıxarmaq üçün həmin nifrət obrazını opponentlərinin üzərinə yönəltməyə nail olub.