22 September 2026

Məhkəmə Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb

Səbail Rayon Məhkəməsi son beş ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb.

Bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, sonuncu şikayət sentyabrın 21-də geri qaytarılıb. Həmin müraciət Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı olub.

AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.

Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat verilib.

“AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub”, – QSC bildirir.

"Al-Ikhbariya": İsrail Suriya ərazisini atəşə tutub

İsrail Suriyanın Dəra əyalətinin qərbində yerləşən Abidin, Cəmlə və Maariya kəndlərini artilleriya atəşinə tutub.

"Al-Ikhbariya" telekanalı xəbər verir ki, atəş Qolan təpələrindəki mövqelərdən açılıb.

Telekanalın məlumatına görə, İsrail qüvvələri həmçinin Abidin kəndi səmasına siqnal raketləri buraxıb. Eyni zamanda kəndin hava məkanında İsrail aviasiyasının aktivliyi müşahidə olunub.

Vüqar Eldarov və Vəli Allahverdiyev Umbakıda zorakılığa məruz qalıb

Hazırda həbsdə olan Vüqar Eldarov və Müsəlman Birliyi Hərəkatının üzvü Vəli Allahverdiyevin Umbakı Qapalı Həbsxanasının rəisi Rəşad Yusifov tərəfindən zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə məhbusların yaxınları Meydan TV-yə məlumat verib.
Vəli Allahverdiyevin ailəsinin sözlərinə görə, bir müddət əvvəl o, 9 qadın jurnalist və 6 inanclı qadının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirərkən cərimə kamerasına (karsa) salınıb.

Tramp zərbələri ləğv etdikdən sonra husilər ABŞ gəmilərini hədəf almamaq barədə öhdəlik götürürlər

Husilərin yüksək rütbəli rəsmisi bildirib ki, qruplaşma Bab əl-Məndəb boğazı istiqamətində irəlilədikdən sonra Vaşinqton onlarla əlaqə saxlayıb. Eyni zamanda, ABŞ mediası məlumat yayıb ki, Tramp vəliəhd şahzadə Məhəmməd bin Salmanla söhbətdən sonra planlaşdırılan zərbələri son anda ləğv edib.

İslam dünyasına başsağlığımızı bildiririk

Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq

İslam dünyası daha bir böyük şəxsiyyəti, bir ömür insanlığın İlahi varlığı tanıma, sevmə və Ona itaət göstərmə yolunda dayanmadan, yorulmadan ciddi səy göstərən təqlid müctəhidi Ayətullah Şübeyri Zəncanini itirdi. Onun vəfatı İslam dünyası üçün böyük itkidir.

Onun bərəkətli ömrü və şərəfli həyatı dərin təfəkkür, fasiləsiz elmi mücadilə, İslam maarifinin yayılması, şiəliyin müdafiəsi və insanlara qarşı xeyirxahlıq və qayğı ilə dolu olmuşdur.

Fond böhranı ilə bağlı son məlumatlar: Aktivlər vahid bir hovuzda birləşdiriləcəkmi?

Türkiyə Ədliyyə naziri Akın Gürləkin açıqlamasına görə, bazar ertəsi fond böhranı ilə əlaqədar daha 15 şübhəli şəxs saxlanılıb. Qaçaq vəziyyətdə olan 10 şübhəlinin tutulması istiqamətində işlər də davam edir.

Keçən həftə İstanbul Birjasında (Borsa İstanbul) müşahidə olunan kəskin enişlər və kütləvi satış dalğasından sonra daha da dərinləşən fond böhranı ilə bağlı yeni məlumatlar sürətlə ortaya çıxır.

Sözdə atəşkəs! İsrail Qəzzanı yenidən vurdu

İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi atəş və artilleriya hücumları nəticəsində – aralarında bir qadın və bir uşağın da olduğu – beş fələstinli həlak olub, bir çoxları isə yaralanıb. Hücumlar zamanı məcburi köçkün fələstinlilərin məskunlaşdığı çadırlar da hədəf alınıb.

Yerli mənbələrin məlumatına görə, Möhsün Əhməd Mustafa Bəhcə Qəzza zolağının şimalında işğalçı rejimə məxsus silahlı pilotsuz uçuş aparatından (PUA) açılan atəş nəticəsində ağır yaralanaraq həyatını itirib.

Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi

"Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib.

İnanclı xanımların cəzalanmasına səbəb...

Artıq 400 gündən çoxdur ki, həbs həyatı yaşayan 6 inanclı xanımın məhkəməsi bu həftə də davam edəcək. Ötən il İmam Hüseynin (ə) 40 mərasimi günü – Ərbəində ehsan payladıqları üçün saxlanılan xanımların hələ də qəribə bir labirintə düşən məhkəmələri davam etdirilir. Bəllidir ki, bunlar hakimiyyətin nəzarət və idarəçilik çətiri altında məcburi qalmalı olan dini sistemin rejimin istəyinin əksinə olaraq fərqli yöndə təqdim edilməsinə görə onun ciddi cəza sistemini işə salıb.