07 July 2026

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub, 18 nəfər yaralanıb

Suriyada rəsmi səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında partlayış baş verib.

"Əl-Hədəs" məlumat yayıb ki, hotelin yaxınlığında partlayıcı quraşdırılmış avtomobil partladılıb.

Məlumata görə, Fransa prezidenti partlayış baş verməzdən az əvvəl həmin ərazini tərk edib.

Ankarada NATO sammiti keçirilir

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı start götürüb.

Türkiyə KİV-in məlumatına görə, sammitin açılış mərasimində Şimali Atlantik Alyansın baş katibi Mark Rutte çıxış edərək, vacib bir qərarı elan edib.

O, NATO-nun öz yanacaqdoldurma və hərbi nəqliyyat təyyarələri parkını, eləcə də “MQ-4C Triton” uzaqmənzilli kəşfiyyat pilotsuz uçuş aparatları qrupunu yaradacağını açıqlayıb.

Pakistanda polis postuna silahlı hücum nəticəsində azı 9 polis ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlıların polis postuna hücumu nəticəsində azı 9 polis əməkdaşı ölüb.

Bu barədə "SAMAATV" yerli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Ziarat rayonunda həyata keçirilib.

Ziarat Rayon Polis İdarəsinin rəisi Əbdül Quddusun sözlərinə görə, həlak olanlar arasında iki polis bölməsinin rəisləri də var.

Netanyahu ABŞ-a müraciət etdi: 'Türkiyəyə F-110 və F-35 mühərrikləri verməyin'

Fox News-a danışan Netanyahu, Türkiyəyə F-35 qırıcı təyyarələri və F-110 qırıcı təyyarə mühərriklərinin verilməsinə qarşı olduğunu bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın NATO Sammiti üçün Türkiyəyə səfəri zamanı Vaşinqton administrasiyasını Ankaraya qabaqcıl silah sistemləri satmamağa çağırıb.

Fox News-a danışan Netanyahu, Türkiyəyə F-35 qırıcı təyyarələri və F-110 qırıcı təyyarə mühərriklərinin verilməsinə qarşı olduğunu bildirib.

Əmmar əl-Həkim İraq xalqını Ayətullah Xameneinin dəfn mərasimində iştirak etməyə çağırdı

Əl Forat Xəbər Agentliyinin məlumatına görə, Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar əl-Həkim İraq xalqını şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyə çağıran bir mesaj yayımlayıb.

Həkim bildirib ki, "Biz hər kəsi İranın şəhid lideri Ayətullah Xameneinin dəfn mərasimində geniş iştirak etməyə çağırırıq".

Milli Hikmət Hərəkatının lideri vurğulayıb ki, bu iştirak iki ölkə xalqları arasında həmrəylik mesajı olmalıdır.

DÇ-26: Belçika 1/4 finala vəsiqə qazanıb

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Pley-offun növbəti qarşılaşmasında ABŞ və Belçika milliləri üz-üzə gəliblər. Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

Matça Belçika millisi qolla başlayıb. 9-cu dəqiqədə De Ketelare hesabı açıb: 1:0.

31-ci dəqiqədə ABŞ bərabərlik qolunu vurub. Tillman cərimə zərbəsindən baxımlı qola imza atıb.

Şəhid Ayətullah Xamenei üçün bu səhər Cəmkəran məscidində cənazə namazı qılınıb

Tehrandakı izdihamlı vida yürüşünün ardından bu gün, iyulun 7-də Qum şəhərində vida mərasimi başlayıb. Sübh tezdən Cəmkəran məscidindən Həzrət Məsumə (s.ə) hərəminədək uzanan marşrut boyunca toplaşan böyük insan axını mərasimin dördüncü gününə xüsusi rəng verib.

Ayətullah Cavadi Amulinin imaməti ilə cənazə namazının qılınması isə mərasimin ən təsirli anlarından biri olub. Sonra cənazələr insanların çiyinləri üzərində hərəkət etdirilib.