18 December 2025

İsrail ordusu Qəzzada atəşkəs razılığını pozmağa davam edir

İsrail ordusu Qəzza zolağındakı müxtəlif əraziləri hava və artilleriya hücumları ilə hədəfə alıb.

Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini hədəfə alıb və həmçinin Qəzzanın cənubundakı Xan Yunis və Rəfəhin şimal və şərq bölgələrinə hücumlar təşkil edib.

Qəzza şəhərinin şərqindəki Şucaiyyə məhəlləsi artilleriya atəşinə tutulub və ərazidən partlayış səsləri eşidilib.

Yaponiyada istirahət mərkəzi İsrailli şirkətin rezervasiyasını rədd etdi

Naqanoda qalmaqal yaradan qərar

Yaponiyada qış mövsümündə turistlərin ən çox üz tutduğu bölgələrdən biri olan Naqano vilayətindəki məşhur xizək və istirahət mərkəzlərindən birində qalmaqallı hadisə baş verib. Yerli mətbuatda yer alan məlumatlara görə, sözügedən istirahət müəssisəsinin rəhbərliyi İsrail mərkəzli turizm şirkətinin yeni mövsüm üçün göndərdiyi rezervasiya müraciətini rədd edib.

İmam Hüseyn (ə) eşqi onu müsəlman etdi

Braziliyadan olan Kamila Selestino adlı xanım kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.

O, dindar xristian ailəsində böyüyüb başa çatıb, lakin hər zaman dinlə bağlı cavabsız sualları olub. O deyib ki, işləyərkən ətrafında çoxlu müsəlman iş yoldaşları, lakin güclü anti-İslam propaqandası səbəbi ilə İslam haqqında pis təəssüratları olub. Onun sözlərinə görə, müsəlman iş yoldaşlarının gözəl əxlaq və rəftarı onda İslam dininə maraq oyadıb.

Avropa Parlamenti qətnamə qəbul etdi: Azərbaycan hakimiyyəti tənqidçilərə qarşı təqiblərə son qoymalı, siyasi məhbusları azad etməlidir

Avropa Parlamenti Azərbaycanda siyasi məhbuslar probleminin kəskinləşməsinə və akademiklərin həbsinə dair qətnamə qəbul edib. 

Dekabrın 18-də qəbul edilən sənəddə 2025-ci ilin əvvəlindən etibarən siyasi motivli ittihamlarla saxlanılanların sayının sürətlə artaraq təxminən 400 nəfərə çatdığı bildirilir.

Ayətullah Cəfər Sübhani təcridxanada aclıq aksiyası edən inanclı xanımlar barəsində bəyanat yayıb

İslam dünyasının böyük alimlərindən olan Ayətullah Cəfər Sübhani Ərbəin-İmam Hüseynin (ə) 40-ı günündə ehsan payladıqları üçün həbs edilən xanımların başlatdıqları aclıq aksiyası ilə bağl bəyanat yayıb.

Bəyanatda deyilir:

مَن قَتَلَ نَفۡسَاۢ بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٍ فِی ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًا وَ مَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعًا

MBH Gültəkin Hacıbəylinin Türkiyə dövləti tərəfindən deportasiya edilməsi ilə bağlı qərarı pislədi

Toqquşan siyasi maraqlar və rejimlərin idarəçilik sistemlərində xalqa deyil, daha çox rəhbərliyə yönəlmiş yanaşmalar heç bir qanun pozuntusu törətmədən günlərdir saxlanılan Gültəkin Hacıbəyli barəsində Türkiyə dövləti tərəfindən çıxarılan deportasiya qərarında bir daha açıq şəkildə özünü göstərir.

Qubad İbadoğlunun qardaşı: 'Bu, cinayət deyil, mənim gördüyüm işi başqaları da görürdü'

"İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi İdarə Heyətinin sədri, "QHT işi" üzrə cinayət məsuliyyətinə cəlb olunmuş Qalib Bayramov (Toğrul) özünü təqsirli bilmir. Deyir ki, özü qrant almayıb, sadəcə, bir neçə təşkilatın tenderlərinə qatılıb və onunla bağlanmış xidmət müqaviləsi əsasında layihələrdə ekspert kimi çalışıb.

Avroparlamentari: İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi lazımdır

“Biz rus casusu ilə tərəfdaş ola bilmərik, bizə sürətli hərəkət lazımdır, İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi lazımdır, əks halda daha çox aqressiya görəcəyik”.

Bu fikirləri Avropa Parlamentinin deputatı Malqojata Qoşevska söyləyib.

“Mən hələ də gözyaşardıcı qazın qoxusunu xatırlayan bir polşalı və Gürcüstanın dostu kimi danışıram. Tanklarla deyil, fırıldaqçılıqla oğurlanan bir Gürcüstanın dostu kimi.

MIT-nin Yəhudi professoru evində güllələnərək öldürülüb

MIT professorunun ölümü ilə bağlı qətl işi açıldı

ABŞ-ın Massaçusets ştatının Bruklayn şəhərində Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Nuno F. G. Loureyro evində güllələnərək öldürülüb. Hadisə bazar ertəsi gecə baş verib, alim aldığı güllə yaralarından çərşənbə axşamı yerli xəstəxanada ölüb. Bu barədə Norfolk dairə prokurorluğu rəsmi açıqlama yayıb.

İsrail Misirə tarixi, 35 milyard dollarlıq təbii qaz ixrac edir

Netanyahu video mesajında ​​müqavilənin "regional sabitliyə töhfə verəcəyini" bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Misirlə 35 milyard dollarlıq təbii qaz ixracı müqaviləsini təsdiqlədiyini açıqlayıb.

Bu, "İsrail tarixində ən böyük qaz müqaviləsi" kimi qeydə alınıb.

Həmçinin bildirilir ki, müqavilə Qəzzada iki illik müharibə səbəbindən gərginləşən iki ölkə arasında münasibətlərin bərpasına kömək edə bilər.

İsrail hərbçiləri yenidən Suriyaya soxuldu

İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinə soxulub.

Onlar kənd təsərrüfatı zonasında yerləşən bir neçə yaşayış məntəqəsinə yenidən daxil olublar.

Dörd hərbi nəqliyyat vasitəsindən ibarət İsrail hərbi korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olduqdan sonra “Əlam dairəsi” ərazisində müvəqqəti nəzarət-buraxılış məntəqəsi yaradıb. Daha sonra onlar Şərqi Samdaniya kəndi istiqamətində hərəkət edərək vilayətin şimalında yerləşən Tal-Krum-Caba bölgəsinə çatıb.

Gültəkil Hacıbəylinin şikayəti təmin edilmədiyi üçün deportasiya olunacaq

"Dünən Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağımla bağlı şikayətimə baxıb. Məhkəmə şikayətimi təmin etməyib. İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, faktiki həbsdə saxlanılmağımla bağlı siyasi sifariş əsasında, heç bir hüquqi əsasa söykənməyən qərar verib...". Bunu Milli Şura üzvü Gültəkin Hacıbəyli dekabrın 17-də Facebook səhifəsində yazıb.