Azərbaycan Doha konfransına qatılmadı; Bununla da Qəzza planını rədd etdi
Azərbaycan Dohadakı konfransda iştirak etmədi
Sionist rejimin “Haaretz” qəzeti yazır ki, Azərbaycan ABŞ-ın təşəbbüsü ilə Dohada keçirilən və Qəzza zolağında “beynəlxalq sabitləşdirmə qüvvəsi”nin yaradılmasını müzakirə edən konfransda iştirak etməyib. Halbuki rəsmi Bakı həmin toplantıya dəvət olunmuşdu. Konfransın əsas məqsədi müharibədən sonrakı dövrdə Qəzza zolağında təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün beynəlxalq mexanizmlərin formalaşdırılması idi.













