22 October 2025

"İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib"

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili dindirilib.

Bu barədə DTX-də keçirilən brifinqdə Antikorrupsiya Agentliyinin direktoru Emzar Dzaqnidze məlumat verib.

Onun sözlərinə görə, İrakli Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

İsrailli ekspert: Hizbullah sağalır, növbəti müharibəyə hazırlaşır

İsrailli ekspert, istefada olan polkovnik Dr. Jak Neriah bildirib ki, Hizbullah İranın yüz milyonlarla dollar dəstəyi ilə hərbi gücünü bərpa edib.

Təqaüddə olan polkovnik doktor Jak Neriah Hizbullahın son vaxtlar İranın dəstəyi ilə hərbi potensialını əhəmiyyətli dərəcədə yenilədiyini və Qəzzadakı müharibədən sonra İsraillə yeni cəbhəyə hazırlaşdığını açıqlayıb.

Şərqi Hələbdə partlayış: Ölənlər və yaralananlar var

Xəbər mənbələri Hələbin şərqində bombalı hücum nəticəsində 2 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını bildirib.

“Russia Today” telekanalının məlumatına görə, Hələbdə baş verən partlayış nəticəsində çox sayda insan ölüb və yaralanıb.

Suriyanın Əl-İxbariyyə kanalı Hələbin şərqindəki Əl-Əziziya kəndində bomba yüklü avtomobilin partladılması nəticəsində iki nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını bildirib.

“QHT işi”: Hafiz Həsənov ittihamları rədd edib

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“APA“ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Hafiz Həsənov ona qarşı irəli sürülən ittihamla razılaşmayıb və işə xitam verilməsini ilə bağlı vəsatət verib.

Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib

İrlandiyanın paytaxtı Dublin ətrafında sığınacaq axtaranların yerləşdirildiyi hotelin qarşısında keçirilən etiraz aksiyası zorakılığa çevrilib və polisə hücum edilib.

Bu barədə RTE telekanalı məlumat yayıb.

Onlar alovlara bürünmüş polis furqonunun fotosunu yayıblar. Telekanalın məlumatına görə, təxminən 2000 nəfərlik izdihamdan hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər, butulkalar və müxtəlif əşyalar atılıb.

Azərbaycan Dünya Yəhudi İcmasının Bakıda keçiriləcək Beynəlxalq Konqresi ərəfəsində narahatlıqlar

İslam Dünyası Bakıda keçirilən Ümumdünya Yəhudi İcmasının Beynəlxalq Konqresinin Azərbaycan üçün yeni geosiyasi risk yaratdığını bəyan edərək, ölkənin sionist dairələrin təsirinə məruz qalması ilə bağlı xəbərdarlıq edib.

İslam Dünyasına görə, son hadisələr göstərir ki, Azərbaycanın, ümumən Qafqazın gələcəyi həmişəkindən daha ciddi təhlükələrlə üz-üzədir.

“Qlobal Sumud Donanması”nda iştirak edən italiyalı fəalların şikayətləri əsasında Roma Prokurorluğu araşdırmalara başlayıb

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, donanma iştirakçılarının hüquq qrupu 36 italiyalı fəalın 1 oktyabr hadisələri ilə bağlı şikayət ərizəsi təqdim edərək, onların pilotsuz təyyarələrin hücumuna, qeyri-qanuni olaraq saxlanıldığını və pis rəftara məruz qaldığını bildirib.

Kaja Kallas: “Aİ-nin İsrailə qarşı sanksiyaları hələ də masadadır”

Kallas vurğulayıb ki, jurnalistlərin və humanitar işçilərin Qəzza zolağına çıxışı olmalıdır və vətəndaş cəmiyyəti təşkilatlarına məhdudiyyət qoyulmamalıdır.

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas bazar ertəsi günü Avropa İttifaqının Qəzzadakı müharibəyə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyəcəyini, lakin variantın hələ də masada olduğunu bildirib.

UEFA ÇL-da Liqa mərhələsinin III turunun oyunları keçirilib

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.

“Barselona” İspaniyada “Olimpiakos”u qəbul edib.

7 qolun vurulduğu matçda sevinən tərəf kataloniyalılar olub. Oyun ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnirin son çempionu PSJ isə "Bayer"i səfərdə 7:2 hesabı ilə darmadağın edib.