21 October 2025

Avstriya hicab qadağasını genişləndirir...

Avstriya 14 yaşından kiçik qızlar üçün hicabın qadağan edilməsinə qərar verib. ÖVP inteqrasiya naziri Claudia Plakolm cəsarətli açıqlama verərək, "İslamda hicab zərərsiz parça deyil, zülmün simvoludur" ifadəsini işlədib.

Sentyabr ayında koalisiya hökumətinin razılaşdırdığı qadağanın bu il parlamentdə qəbul ediləcəyi və 2026-cı ildə qüvvəyə minəcəyi gözlənilir. Qanun hicablı gənclərin ailələrinə cərimə tətbiq etməklə ailədaxili hicablara təzyiqi genişləndirmək məqsədi daşıyır.

Todenhöfer Netanyahunu nasistlərlə müqayisə etdiyi üçün Münhendə saxlanılıb

Alman yazıçı və siyasətçi Yurgen Tödenhofer sosial şəbəkədə Benyamin Netanyahunu nasistlərlə müqayisə etdiyinə görə saxlanılıb. Tödenhofer bildirib ki, istintaq nəticəsində həbs cəzası çıxarılarsa, bu cəzanı çəkmək "onun üçün şərəf olar".

Alman siyasətçi deyib ki, istintaq nəticəsində həbs cəzası çıxarılarsa, cəza çəkmək onun üçün şərəf olardı. Todenhöfer davam edib:

Suriyada məzhəb zorakılığı artır: 3 gündə 7 nəfər öldürülüb

Homsda gərginlik yenidən yüksəlir

Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) bildirib ki, Homs vilayətində məzhəb zəminində zorakılıq hadisələrinin sayı son günlərdə kəskin şəkildə artıb. Müşahidəçilərin məlumatına görə, son üç gün ərzində baş verən hücumlar nəticəsində azı 7 nəfər, o cümlədən 2 qadın həyatını itirib.

 

Artan narahatlıq və rəsmi səssizlik

Avropa İttifaqı ölkələri Rusiyadan qaz alışını tədricən dayandırmağa razılaşıb

Avropa İttifaqı (Aİ) ölkələrinin enerji nazirləri oktyabrın 20-də Rusiyadan qaz idxalını 2028-ci ilin yanvarınadək mərhələli şəkildə dayandırmaq təklifini dəstəkləyiblər. 

Nazirlər Lüksemburqda keçirilən iclasda 2026-cı ilin yanvarından etibarən Rusiya qazı idxalına dair yeni müqavilələrin, həmin ilin iyunundan mövcud qısamüddətli müqavilələrin və 2028-ci ilin yanvarından uzunmüddətli müqavilələrin dayandırılmasını nəzərdə tutan planı təsdiqləyiblər.

Dünya sionizmə etiraz etdiyi bir vaxtda Azərbaycanda ravvinlərin böyük toplantısı keçiriləcək

Dünya İsrailin və sionizmin irticaçı mahiyyətinə qarşı etirazlarla çalxalanarkən, Azərbaycanın bu qüvvələrə yenidən qucaq açması haqlı suallar doğurur. 3–6 noyabr tarixlərində ravvinlərin (sionist din xadimlərinin) Azərbaycanda toplantı keçirməsi planlaşdırılır. Bu tədbirin reallaşması, şübhəsiz ki, hakimiyyətin birbaşa dəstəyi sayəsində mümkündür.

“Traktor” ÇL-də ilk qələbəsini qazandı

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 3-cü tur oyununa çıxıb.

Təbriz təmsilçisi səfərdə "Əl-Şarja" (BƏƏ) ilə qarşılaşıb.

Görüş “Traktor”un böyük hesablı qələbəsi ilə yekunlaşıb.

"Əl-Şarja" - “Traktor” - 0:5
Qollar: Luşkja, 8; 11, Haşemnejad, 40, Esmaeilifar, 45+3, Kazemayni, 84

İlk qələbəsini qazanan “Traktor” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 

Etirazçılar Ermənistan-Gürcüstan sərhədini bağlı saxlayır

Yük maşını sürücülərinin Baqrataşen, Qoqavan və Bavradakı Ermənistan-Gürcüstan keçid məntəqələrində etiraz aksiyası davam edir. 

Bu barədə erməni KİV məlumat yayıb. 

Onlar hər iki istiqamətdə yolları bağlayıb, yalnız yük maşınlarının hərəkətini məhdudlaşdırıblar. 

Etirazçılar qeyd edib ki, problemi həll olunana qədər dünəndən başlayan aksiyanı davam etdirəcəklər. 

Ruhani olmaq dünyanı qazanmaq vasitəsi deyil – Ayətullah Sistani

İslam dinində ruhaniyyət, sadəcə bir elm yolu deyil - o, mənəvi məsuliyyət, ilahi xidmət və cəmiyyətə örnək olma yoludur. Ruhani libasına bürünmək, insanın özünü Allah yolunda tərbiyə etməsi və başqalarına da bu yolda rəhbərlik etməsi deməkdir. Lakin zaman-zaman bu müqəddəs yolun məqsədi təhrif edilə bilər: bəziləri ruhaniyyətə dünya üçün vasitə kimi baxır. Lakin ruhani olmaq dünyanı qazanmaq vasitəsi deyil.

Bu mövzuda böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

Xələf Xələfov: Azərbaycan İranla əlaqələrin dərinləşdirilməsinə sadiqdir

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehranda İran xarici işlər naziri Abbas Araqçi ilə görüşünə dair detallar məlum olub.

İran Xarici İşlər Nazirliyi xəbər verir ki, Araqçi Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin genişlənməsi və bu yolda hər cür maneənin aradan qaldırılmasının vacibliyini vurğulayıb.