20 October 2025

Mərakeş gənclər arasında dünya çempionu oldu

Çilidə 20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi bəlli olub.

Final qarşılaşmasında Mərakeş və Argentina milli komandaları üz-üzə gəliblər. Görüş Mərakeş yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın hər iki qoluna Yassir Zabiri imza atıb. Bununla da Mərakeş tarixində ilk dəfə gənclər arasında dünya çempionu olub.

İran liderindən ABŞ prezidentinə sərt mesaj: Başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, öz ölkəndəki iğtişaşları sakitləşdir

 İran İslam Respublikasının Ali Rəhbəri ABŞ-də müxtəlif ştat və şəhərlərdə Donald Trampa qarşı keçirilən 7 milyonluq etiraz aksiyalarına toxunaraq bildirib: Siz əgər doğrudan da bacarıqlısınızsa, yalan və təxribat yaymaq, digər ölkələrin daxili işlərinə qarışmaq və orada hərbi bazalar yaratmaq əvəzinə, bu milyonlarla insanı sakitləşdirin və evlərinə qayıtmağa vadar edin.

İranda sünni qəbilə lideri öldürülüb

İranın Sistan və Bəlucistan əyalətində tanınmış sünni qəbilə lideri Molla Kamal Salahi-zehi maşınına silahlı hücum nəticəsində öldürülüb. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hücumu "terror aktı" kimi qiymətləndirərək, cinayətkarlardan qisas alınacağını açıqlayıb.

Hakimiyyət bu hücumu xaricdən dəstək alan terror təşkilatları tərəfindən həyata keçirilən məqsədyönlü sui-qəsdlərin sonuncusu hesab edir.

Şimali Kiprin yeni prezidenti Tufan Erhürman kimdir və o, nəyi müdafiə edir?

Bazar günü Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, Cümhuriyyət Türk Partiyasının (CTP) lideri Tufan Erhürman 60,32 faiz səslə seçkidə qalib gəlib.

KKTC-də prezident seçkilərinin birinci turu üçün səsvermə səhər saat 8:00-da başlayıb, 9-cu tur isə axşam saat 18:00-da bağlanıb. Ölkə üzrə qurulmuş 777 seçki qutusunda 218 min 313 seçici səs verib.

Azərbaycan çempionatında məhsuldarlıq rekordu

Misli Premyer Liqasının VIII turu yüksək məhsuldarlıqla əlamətdar olub.

Peşəkar Futbol Liqası xəbər verir ki, baş tutan 6 qarşılaşmada 24 qol vurulub.

“Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan-Yevlax” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.

İsrailin hava hücumları nəticəsində Qəzzada 40-dan çox fələstinli ölüb

Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Ən çox itki Nuseyrat və Əl-Breyc qaçqın düşərgələrində qeydə alınıb. Burada 18 nəfərin öldüyü, 50-dən çoxunun isə yaralandığı bildirilir.

Yaralılar “Əl-Auda” xəstəxanasına yerləşdirilib.

Məlumata görə, son 24 saat ərzində İsrail ordusu anklavda təxminən 100 hədəfə zərbə endirib.