05 July 2024

İraq Məhərrəm ayına hazırlaşır

İraqın daxili işlər naziri ölkədə Məhərrəm ayına hazırlıqlar çərçivəsində təhlükəsizlik və sabitlik tədbirlərinin artırıldığını və möhkəmlədildiyini deyib.

 Nazir Əbdül Əmir əl-Şəmmari Məhərrəm və Səfər aylarına, xüsusilə də Ərbəin mərasiminə hazırlıqla bağlı bütün müvafiq qurumlarda lazımi işlərin görüldüyünü bildirib.

Azərbaycan BRICS-ə niyə üzv olmaq istəyir?

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki, Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Qırğızıstanda çevriliş cəhdinin qarşısı alındı

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını aldığını açıqlayıb.

MTN-in Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilir ki, kütləvi iğtişaşlar yolu ilə hakimiyyəti zorakılıqla ələ keçirməyi, ölkədə ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran cinayətkar və dağıdıcı qruplaşmanın qarşısı alınıb.

Məzlum və məsum göz yaşları

Bir zamanlar Azərbaycanı beynəlxalq aləmdə nefti-qazı ilə tanıyırdılarsa, təəssüf ki, son dövrlər ancaq və ancaq kütləvi həbs olunanlarla xatırlanırıq. Əlbəttə, neft və ya qazla tanınmaq özü də qəhrəmanlarından elm adamlarına qədər bir çox sahələri əhatə edən insan resursu olan ölkə üçün utancvericidir. Lakin bu günahsız məhbusların hər ötən gün artan sayı qədər rəzalət sayıla bilməz.

Siyasi məhbus Razi Hümbətov aclıq aksiyasına başlayıb

Zamanla 2 saylı cəzaçəkmə müəssisəsində məmur özbaşnalığı ilə bağlı yaşananlar barəsində xəbər vermişik. Ölkədə məmurların qanunazidd davranış faktları o qədər geniş hal alıb ki, artıq bu tip məsələlər heç kəsdə təəcüb doğurmur. Xüsusi olaraq penitensiar xidmətin qapalı müəssisələrdə zatən məhbus olaraq məhrumiyyətdə olanlarla qeyri-insani davranışları isə sözün əsil mənasında acı doğurur.

Müstəqillik düşüncəsinin həqiqəti 5-ci, sonuncu hissə

Bir xalq öz dəyərləri, müqəddəs saydığı və əsirlərin südgəcindən keçən praktiki özəllikləri ilə tanınır, qorunur və inkişaf edir. Ona dünyaya açıq hər növ düşüncələrlə əhatələnən sabah təqdim edilsə də, öz dəyərləri və dəyərliləri dominantlıq təşkil edib qorunmazsa çox az müddətdən sonra o xalqın dəyər olaraq kimliyini qoruma imkanı olmadığından dəyişiklər, kənar təsirlər müqabilində dözüm göstərə bilməyib təslimiyyət bayrağını qaldıracaq.

İsrailin baş naziri Netanyahu ABŞ-ın Müstəqillik Günü tədbirinə qatılmayacaq

Netanyahunun ABŞ səfirliyindəki tədbirdə iştirak etməməsinə səbəb kimi HƏMAS ilə davam edən müharibə göstərilib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İsraildəki səfirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müstəqillik Günü münasibətilə keçiriləcək bayram tədbirində iştirak etməyəcək.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, baş nazirin ofisi bəyanat yayıb: “İsrail müharibədədir və baş nazir onu idarə etməklə məşğuldur”.

Türkiyənin 16 bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilib, 45 şübhəli saxlanılıb

Türkiyənin 16 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Bozdağan-48” əməliyyatı keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Bildirilib ki, əməliyyat nəticəsində 45 şübhəli saxlanılıb.

Onlardan xeyli miqdarda xarici valyuta və türk lirəsi, eləcə də çoxlu sayda rəqəmsal material ələ keçirilib.

 

Report.az

Astaralı sahibkar: 'Yanacağın bahalaşması təsirini göstərəcək, qazancımız qəpiklə ölçülür, axı'

Astara rayonunun Ərçivan qəsəbə sakini, sahibkar Rafiq Cəfərovun fikrincə, yanacağın bahalaşması yetişdirilən kənd təsərrüfatı məhsullarının maya dəyərini yüksəldəcək. O, sitrusçuluq və çəltikçiliklə məşğuldur. Bu sahibkarın dəyirmanı, 5.5 hektar sitrus bağı var və hər il çəltik əkir. Onun sözlərinə görə, hər dəfə yanacaq bahalaşınca, iş yerlərini azaltmağa məcbur qalır: "Əvvəllər - 15-20 il öncə təsərrüfatım daha böyük idi, azı, 50 işçi sahələrdə çalışırdı. Hər dəfə belə bahalaşma bizə problem törədir.

Argentina millisi yarımfinalda

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.

İlk matçda son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.

Kremldən niqab qadağaları ilə bağlı açıqlama

Rusiyada niqab taxmağın qadağan olunması ilə bağlı Kremldə müzakirələr aparılmır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Niqab üzü örtən, gözlər üçün dar yarığı olan ənənəvi qadın baş geyimidir.

Qeyd edək ki, Rusiyanın iki respublikasında - Dağıstan və Qaraçay-Çərkəzdə niqab taxmaq qadağan olunub. 

İsrailin yüksək rütbəli ordu zabiti Hizbullah tərəfindən zərərsizləşdirilib

İsrail ordu işğal altındakı Fələstinin şimalına Hizbullahın raket hücumlarında yüksək rütbəli zabitinin öldüyünü açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, işğalçı rejim ordusu Livanın cənubundan “İsrail”in şimalına doğru atılan raketlərin partlaması nəticəsində şimal cəbhəsindəki döyüşlərdə bir bölük komandirinin müavininin həlak olduğunu etiraf edib.

İranda prezident seçkilərinin ikinci turu başlayıb, Ayətullah Xamenei səs vermədə iştirak edib

İranda mayın 19-da helekopter qəzasında dünyasını dəyişən prezident Rəisinin ölümündən sonra növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.

Seçkilərin ikinci turunda mühafizəkar namizəd Səid Cəlili və islahatçı namizəd Məsud Pezeşkian mübarizə aparır.