22 May 2023

MBH üzvü Elşən Rəhimovun işlə tanışlıq iclası keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində MBH üzvü Elşən Rəhimovun məhkəmə iclası baş tutub. Tanışlıq xarakteri daşıyan məhkəmə bir neçə vəsadətin təminatı ilə işə başlayıb. İlkin vəsadət olaraq Elşən Rəhimov dövlətin ona ayırdığı vəkildən imtina edib. O, vəkil olaraq onun hüquqlarının müdafiəsinin Rəsul Cəfərova həvlə olunmasını istəyib. Hakim vəsadəti təmin edib. İkinci vəsadət ittiham aktının Elşən Rəhimova verilmə tarixi ilə əlaqədar olub.

Livan Hizbullahından güc nümayişi

Livandakı Hizbullah hərəkatı dünən təşkil etdiyi hərbi təlim və yürüşlə güc göstərib.

İngilis Times qəzeti Türkiyədə Hizbullah təşkilatına bağlı olmayan və Livan siyasətində nüfuzu olan Hizbullahın qalası olan Aramta şəhərində dünən təşkil edilən raket yürüşünün təfərrüatlarını çatdırıb. Dağlıq ərazidə son illərdə ilk dəfə qərbli jurnalistlərin izlədiyi nümayişdə silahlı əsgərləri Hizbullah qrupu müşayiət edib.

“Qarabağ” evdə vurulan qol sayında “Top-5” liqanın 5 klubundan geri qalır

“Opta”nın araşdırmasına görə, İngiltərə klubu “Mançester Siti” 2022/2023 mövsümündə bütün turnirlərdə keçirdiyi ev oyunlarında ümumi qol sayını 100-ə çatdıran ilk komanda olub.

Operativtv.com Reporta istinadən xəbər verir ki, “şəhərlilər” ən yaxın izləyicisi olan Almaniya “Bavariya”sını düz 34 top qabaqlayır.

Premyer Liqa çempionluğunu rəsmiləşdirən Pep Qvardiolanın yetirmələri UEFA Çempionlar Liqasının və İngiltərə Kubokunun qalibi olmaq şansını da davam etdirirlər.

Serbiyada müdafiə zavodunda partlayış oldu

Serbiyada Krusik müdafiə zavodunda partlayış baş verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Blic" nəşri məlumat yayıb.

Hadisə nəticəsində bir işçi yaralanıb. Zərərçəkənin Valevo şəhərindəki xəstəxananın təcili yardım mərkəzinə aparıldığı bildirilir. 

Qeyd edək ki, Valyevodakı Krusik Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur. 

SEPAH komandiri Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi

 İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibini təyin edilib. İran prezidenti İbrahim Rəisi qərarı ilə bu vəzifəni Əli Əkbər Əhmədian tutacaq. Yeni katib əvvəllər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Birləşmiş Qərargahının komandiri və SEPAH Hərbi Dəniz Qüvvələrinin komandirinin müavini kimi vəzifələrdə çalışıb.

Əhmədian bu vəzifəyə Əli Şamxani istefasından sonra təyin edilib. Qeyd edək ki, Şamxani 10 ilə yaxındır ki, İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edib.

"Meta" Aİ-nin məlumat qanunlarını pozduğuna görə rekord məbləğdə cərimələnib

"Facebook"un ana şirkəti "Meta" Aİ-nin məlumat qanunlarını pozduğuna görə rekord məbləğdə cərimələnib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı adından fəaliyyət göstərən İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) məlumat yayıb.

Bildirilib ki, “Facebook”un sahibi "Meta" əvvəlki məhkəmə qərarını pozaraq Aİ-nin istifadəçi məlumatlarını ABŞ-a ötürdüyünə görə 1,2 milyard avro (1,3 milyard dollar) cərimələnib.

Polşanın İraqdakı səfiri İmam Əli (ə) ziyarətgahında

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Polşanın İraqdakı səfiri, diplomat Margen Kobiak Nəcəfdə İmam Əli (ə) ziyarətgahına gəlib.

O məscidin həyətində gəzib və möştəşəm tarixi və dini komplekslə tanış olub.

Səfir İmam Əli (ə) ziyarətgahına ikinci dəfə gəldiyinə görə, məmnun olduğunu bildirib.

Məhkəmə 105 gündür aclıq edən Zamin Salayevi 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, bu gün Qaradağ Rayon Məhkəməsində azad edilməsi tələbi ilə 105 gündür aclıq edən Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Zamin Salayevin işi üzrə proses başa çatıb.

Prokuror onun 4,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə ona 4 il həbs cəzası verib.

İclas zamanı Salayevin vəziyyəti pisləşib və ona təcili yardım çağırılıb.

Hizbullah: Əsədin Ciddədə olması bəzi siyasətçilərin iddialarına son qoyur

Livanın Hizbullah Hərəkatı İcraiyyə Şurasının sədri çıxışında Suriyanın Ərəb Liqasına qayıtmasını yüksək qiymətləndirib və bu ölkə prezidentinin Ciddədə olmasını və ərəb liderlərinin toplantısında iştirakını Dəməşqə qarşı siyasətçilərin iddialarının sonu kimi qiymətləndirib.

Digər tərəfdən, bəzi məlumatlı mənbələr Suriya prezidenti ilə Livan baş nazirinin Ərəb Sammiti çərçivəsində ilk dəfə görüşdüyünü açıqlayıb.

Cüdoçularımız Avropa Kuboku turnirində 3 medal qazandı

Azərbaycan cüdoçuları mayın 20-21-də İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində 3 medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.

BMT Baş katibi: Təhlükəsizlik Şurasında islahatların vaxtı çatıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterres deyib ki, “bugünkü dünyanın reallıqları” ilə uyğunlaşmaq üçün həm Təhlükəsizlik Şurasında, həm də Bretton Vudsda islahatların vaxtı çatıb.

Yeddilik Qrupu zirvə toplantısının keçirildiyi Yaponiyanın Hiroşima şəhərində mətbuat konfransında danışan Quterreş hər iki qurumun 1945-ci ildəki güc əlaqələrini əks etdirdiyini və yenilənməyə ehtiyac olduğunu bildirib.

Gunaz.tv-nin rəhbəri Amerikada hücuma məruz qalıb

Güney Azərbaycan Televiziyasının (Günaz.tv) rəhbəri Amerikada mühacir həyatı yaşayan İran Azərbaycanından olan Əhməd Obalı mayın 17-də Kaliforniya ştatının Santa Klara şəhərində hoteldə bir qrup insanın hücumuna məruz qalıb. Sosial şəbəkələrdə Obalının xəstəxanda çoxsaylı xəsarətlərin göründüyü fotoları yayılıb.

Günaz.tv televiziyasının Bakı ofisinin icraçı direktoru Araz Obalı Amerikanın Səsinə bildirib ki, Əhməd Obalı Azərbaycan Respublikasından Amerikaya qayıtdıqdan bir gün sonra hücuma məruz qalıb.