MBH üzvü Elşən Rəhimovun işlə tanışlıq iclası keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində MBH üzvü Elşən Rəhimovun məhkəmə iclası baş tutub. Tanışlıq xarakteri daşıyan məhkəmə bir neçə vəsadətin təminatı ilə işə başlayıb. İlkin vəsadət olaraq Elşən Rəhimov dövlətin ona ayırdığı vəkildən imtina edib. O, vəkil olaraq onun hüquqlarının müdafiəsinin Rəsul Cəfərova həvlə olunmasını istəyib. Hakim vəsadəti təmin edib. İkinci vəsadət ittiham aktının Elşən Rəhimova verilmə tarixi ilə əlaqədar olub. İttiham aktının verilmə tarixi qısa zaman kəsiyində gerçəkləşdiyi üçün qanunla Rəhimovun işlə tanış ola bilməməsi hakimin məhkəmə işinin təxirə salınması ilə nəticələnib. Məhkəmə iyunun 1-ə qədər ertələnib.
Xatırladaq ki, Elşən Rəhimov Yanvarın 31-də saxlanılmış, iki gün sonra məhkəmə önünə çıxarılan inanclı barəsində C.M-nin 234.4.3-cü maddə (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) ilə cinayət işi açılmışdı. İnanclı olan gəncin saxlanılmasını MBH ölkədə dinə müdaxilə, şiə əqidəsinə təzyiq olaraq qiymətləndirir. Reperesiya sırasında bir neçə yüz inanclının saxlanıldığı bildirilir.