06 May 2023

Britaniya kralı Çarlzın tacqoyma mərasimi keçirilib

Şənbə günü Vestminster Abbatlığında Britaniya kralı Çarlzın tacqoyma mərasimi keçirilib. Ən son tacqoyma 70 il öncə, Çarlzın anası Elizabet taxta gəldiyində baş tutub.
Tacqoyma mərasimi çox sayda fəaliyyətlərin planlaşdırıldığı bir həftə davam edən bir tədbirdir. Tədbir əvvəlcə planlaşdırıldığından daha az təntənəli keçirilsə də, onun Britaniyada vergiödəyiciləri üçün bir neçə milyon dollara başa gəldiyi güman edilir.

Çarlz tacqoyma mərasimində səsli bir şəkildə dua edən ilk monarxdır.

Premyer Liqa: "Zirə" səfərdə "Şamaxı"nı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, günün yeganə matçında "Zirə" "Şamaxı"nın qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. "Qartallar"ın qollarını 35-ci dəqiqədə Vladislav Kulaç, 57-ci dəqiqədə Hamidu Keyta və 82-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub.

Növbəti ruhani istefası; vəziyyətə aydınlıq gətirən yoxdur

Məscidlərdə ruhanilərin dəyişdirilməsi və ya öz istəyi ilə istefa verməsi halı hər ötən gün genişlənir. Bakıdan başlanan bu addım artıq Azərbaycanın hər bir nöqtəsində icra olunur. Əksəriyyəti böyük inanclı kütləsi tərəfindən sevilən, illərdir cəmiyyətə moizə oxuyan şəxslər olduğu üçün şübhəsiz bu gediş bir mənalı qarşılanmır.

Dini fəalın ailəsi onun barəsində cinayət işinin saxtalaşdırıldığını bildirir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş dini fəal Murad Abdullayev 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən və ona qarşı ittihamın saxtalaşdırılmasından şikayət edib.

Fəalın bacısı Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, qardaşı martın 9-da saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb.

Kürdüstan bölgəsindən İrana qarşı istifadə etmək istəyən heç bir ölkəyə, istər İsrail, istərsə də digər ölkələrə kömək etməyəcəyik

İraq Kürd Regional Rəhbərliyinin (KRG) sədri Neçirvan Bərzani, İsrailin İrana qarşı əməliyyatlarına dəstək verməyəcəklərini ifadə edərək, "Kürdüstan bölgəsini İrana qarşı istifadə etmək istəyən İsrail və ya başqa ölkələr olsun, heç bir ölkəyə kömək etməyəcəyik" – deyib. Bu bəyanat öz növbəsində 2017-ci ildə KRG-nin “müstəqillik referendumunu” açıq şəkildə dəstəkləyən yeganə ölkə olan İsraildə soyuq duş effekti yaradıb.

Bakıda Rusiya-Azərbaycan məsləhətləşmələri keçirilib

Bakıda beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə Rusiya-Azərbaycan idarələrarası məsləhətləşmələri keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələr zamanı Rusiya və Azərbaycan hökumətləri arasında əməkdaşlıq haqqında Sazişin icrası çərçivəsində ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə əsaslı fikir mübadiləsi aparılıb.

Premyer Liqa: "Şamaxı" "Zirə"yə qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXXIII turun daha bir oyunu keçiriləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq. Görüşü Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Paytaxt təmsilçisi 42 xalla 5-ci, bölgə klubu 23 xalla 9-cu pillədə qərarlaşıb.

Əfqanıstanın xarici işlər nazirinə hücum edildi

Əfqanıstan xarici işlər naziri Əmir Xan Müttəkiyə hücum edilib. Xəbər verir ki, Talibanın xarici işlər naziri Pakistana yola düşərkən Kabil Hava Limanı raket atəşinə tutulub. Nazirin xəsarət almadığı bildirilib. Lakin hava limanının azı 3 əməkdaşı və bir neçə sərnişin xəsarət alıb. Hava limanına ümumilikdə 3 raket atılıb. Görünən budur ki, hava limanına hədəfin əsas nazirə qarşı sui-qəsd olub.

ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdi

Ümumdünya səhiyyə təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə mayın 5-də qurumun rəhbəri Tedros Qebreyesus açıqlama yayıb. 

Onun sözlərinə görə, COVID-19 artıq beynəlxalq narahatlığa səbəb olan fövqəladə vəziyyət deyil.

Hərçənd Qebreyesus onu da qeyd edib ki, bu, koronavirusun səhiyyə sahəsinə qlobal təhlükə olmadığı mənasına gəlmir.

İran Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədovun bu ölkədə saxlanılması barədə xəbərləri təsdiqləmir

Günlərdir mediada İranın Qum şəhərində saxlanıldıqları xəbəri yayılan Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Xüsusi Xidmət orqanları tərəfindən dindirildikdən sonra azad buraxılıb. Bu barədə sosial media üzərindən çıxış edən Orxan Məmmədov özü məlumat verib. O, arada yaranan anlaşılmazlıqlara aydınlıq gətirildiyini və hər şeyin yaxşılıqla bitdiyini bildirib.

Türkiyədə böyük neft yatağı tapılıb

Türkiyənin TPAO neft şirkəti ölkə ərazisinndə təxmin edilən ehtiyatı 1 milyard barrel olan neft yatağı kəşf edib.

Neft yatağı Türkiyənin Şırnak vilayətində, İraqın yarımmuxtar Kürdüstan regionu və Suriya ilə həmsərhəd ərazidə tapılıb.

TPAO şirkətinin qazdığı kəşfiyyat quyusunun 162 metrdən çox dərinliyində neft yatağının olduğu aşkar olunub.

TPAO bildirib ki, bu quyu hazırda günə 10 min barrel neft verir.

Ramzan Kadırov "Nüvə fizikası və Nüvə energetikası"nın inkişafına verdiyi töhfələrə görə qızıl medalla təltif edilib

Qroznı İnform xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov “İqor Kurçatov” adına qızıl medala layiq görülüb.

Medalı Kadırova Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk təqdim etsə də o, Kadırovun "Nüvə fizikası və Nüvə energetikası"nın inkişafına hansı töhfələr verdiyini dəqiqləşdirməyib. Əvəzində o, Kadırovun Çeçenistanın elm və təhsilinin inkişafında böyük uğurlarını qeyd edib.