Premyer Liqa: "Zirə" səfərdə "Şamaxı"nı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, günün yeganə matçında "Zirə" "Şamaxı"nın qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. "Qartallar"ın qollarını 35-ci dəqiqədə Vladislav Kulaç, 57-ci dəqiqədə Hamidu Keyta və 82-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub.

Qələbə sayəsində xallarının sayını 45-ə çatdıran "Zirə" 5-ci pillədə qərarlaşıb. Bölgə klubu 23 xalla 9-cu sıradadır.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq.