04 May 2023

Dini münasibətlərdə hakimiyyətin növbəti səhvi

İllərdir din-dövlət münasibətlərinin düzgün qurulmaması, inanclılara qarşı yad davranışlar dini sahədə gərginliyin artma səbəbi olaraq qalmaqdadır. Bunun üçün istənilən kənar təsirlərin düşünülməsi, rassional məntiq sahibləri üçün bu problemin önündə duran yeganə səbəbin, hakimiyyətin xalqın böyük kütləsini təşkil edən inanclı dini kimliyinə əhəmiyyətsiz, bir az da aydın söyləsək qərəzli yanaşmadan nəşət tapdığını söyləyəcək.

Türkiyədə prezident və parlament seçkiləri üçün geri sayım başladı

Türkiyə mayın 14-ü bazar günü 3-cü prezident və 28-ci dönəm parlament seçkiləri üçün sandıq başına gedəcək.

Rəcəb Tayyib Ərdoğan Xalq Alyansı, Kamal Kılıçdaroğlu Millət Alyansı, Sinan Oğan Ata Alyansı və Məhərrəm İncə Vətən Partiyasının namizədi olaraq prezidentliyə namizəd olacaq. Eyni şəkildə Türkiyə parlamentindəki yerlər uğrunda 24 siyasi partiya və 151 müstəqil namizəd mübarizə aparacaq.

“Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında 1000-ci qolunu vurub

İngiltərənin “Mançester Siti” klubu Pep Qvardiolanın rəhbərliyi altında 1000-ci qolunu vurub.

Bu, Premyer Liqanın XXVIII turunda “Vest Hem”lə keçirilən oyunda baş verib.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “şəhərlilər” ispaniyalı mütəxəssisin təyinatından bəri ümumi qol sayını 1000-ə çatdırıb. Bunun üçün Mançester təmsilçisinə 404 oyun kifayət edib. Qvardiolanın təyin olunduğu 2016-cı ildən bəri “Mançester Siti” “Top-5” liqalarda bu saya çatan yeganə komandadır.

Zərərçəkmişlər özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsin məhkəməsinə məcburi gətiriləcək

"Özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsə 2001-ci ildən 2021-ci ilədək ümumilikdə 5 min 190 manat zəkat vermişəm".

Operativtv.com Reporta istinadən xəbərinə görə, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Fazil İmanquliyev deyib.

Rəisinin Suriyaya səfərinin mesajları nələrdir?

İran prezidentinin Suriyaya səfərini “tarixi” kimi qiymətləndirən ekspertlər bu mühüm səfərin iki ölkənin diplomatik əməkdaşlığını və təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətləri dərinləşdirəcəyinə inanırlar. Əl Mayadeen televiziyasının internet saytında İran prezidenti Seyid İbrahim Rəisinin Dəməşq təmasları ilə bağlı diqqətçəkən təhlil hazırlayıb.

Sisi: Yəməndə siyasi həlli dəstəkləyirik

Yəmənin Ər-Riyada bağlı Prezident Şurasının müdafiə naziri Muhsin əl-Dairi Qahirədə Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Misirin müdafiə və döyüş istehsalı naziri Məhəmməd Zəki və Yəmənin Qahirədəki səfiri əl-Sisi də iştirak etdiyi bu iclasda Misirin Yəmən böhranının siyasi həlli üçün hər cür səyi dəstəklədiyini bəyan edib.

Aİ Şurası Moldova və Gürcüstanın müdafiə sektorlarına 70 milyon avro yardım edəcək

Operativtv.com Turan-a istinadən xəbər verir ki, bu gün Avropa İttifaqı Şurası Moldova və Gürcüstan Silahlı Qüvvələrinə onların milli təhlükəsizliyini gücləndirmək və müdafiə etmək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində yardım haqqında iki qərar qəbul edib. Bu barədə Avropa İttifaqı Şurasının Turan agentliyinə göndərdiyi məlumatda deyilir.

İmam Əli (ə) ziyarətgahının şagird və tələbələrlə bağlı layihəsi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Nəcəfdə yerləşən İmam Əli (ə) ziyarətgahının şagird və tələbələrlə bağlı layihəsi davam edir.

Layihədə ölkə üzrə şagird və tələbələr ziyarətgaha gələrək türbəni ziyarət etməkdən başqa, əlavə məlumatlara da malik olurlar.

Bu gün bu layihədən “İraq Modeli Lisey”in şagirdləri yararlanıblar.

ABŞ institutu: "Kremlə hücum, çox güman ki, daxildən hazırlanmış plandır"

"Kremlə hücum çox güman ki, daxildən hazırlanmış plandır".

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya bu hücumu müharibəni Rusiyanın daxili auditoriyasına çatdırmaq və daha geniş ictimai səfərbərliyə şərait yaratmaq üçün həyata keçirib. Qeyd edilib ki, bu yaxınlarda Rusiya hakimiyyəti ölkənin hava hücumundan müdafiə məkanlarını gücləndirib:

İlkin Süleymanova 20 il həbs cəzası istənildi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanova 20 il həbs cəzası istənilib. Mayın 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuror Müşfiq Rəhimov bu təkliflə çıxış edib.

Prokuror təxminən 20 dəqiqəlik çıxışında deyib ki, Süleymanova qarşı ittihamlar bu məhkəmə prosesində sübuta yetirilib.

İmam Əli (ə) hərəmində genişləndirmə işləri davam etdirilir

İmam Əli (ə) hərəminin xarici həyətində həyata keçirilən yeni genişləndirmə işləri davam etdirilir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Genişləndirmə işləri artıq 1 aydır ki, başlayıb və İraq daxilində və xaricdən bir sıra akademik orqanlar və mühəndislərlə əməkdaşlıq edərək davam etdirilir.

İbrahim Rəisi Suriyada Xanım Zeynəb (s.ə) hərəmini ziyarət edib

Rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqdə olan İran prezidenti Seyid İbrahim Rəisi Hz. Zeynəbin (s.ə) məzarını ziyarət edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqdə olan İran prezidenti Seyid İbrahim Rəisi Hz. Zeynəbin (s.ə) məzarını ziyarət etdi.

İbrahim Rəisi rəsmi təmaslar etmək üçün dünən səhər Suriyanın paytaxtı Dəməşqə gedib.

Fələstinli məhbuslar 2 İsrail həbsxana polisini girov götürüblər

Sionist rejimin Megiddo həbsxanasında qalan fələstinli məhbuslar 2 həbsxana polisini girov götürüblər. Fələstin Azadlıq Təşkilatının Məhbuslar və Azad Edilən Qurumundan verilən açıqlamada bu barədə məlumat verilərək deyilir: “Megiddo həbsxanasındakı məhbuslar 10-cu kamerada 2 həbsxana polisini qaçırıb və həbsxanada gərginlik hökm sürür”.