Fələstinli məhbuslar 2 İsrail həbsxana polisini girov götürüblər

Sionist rejimin Megiddo həbsxanasında qalan fələstinli məhbuslar 2 həbsxana polisini girov götürüblər. Fələstin Azadlıq Təşkilatının Məhbuslar və Azad Edilən Qurumundan verilən açıqlamada bu barədə məlumat verilərək deyilir: “Megiddo həbsxanasındakı məhbuslar 10-cu kamerada 2 həbsxana polisini qaçırıb və həbsxanada gərginlik hökm sürür”.

Digər tərəfdən, Sionist Rejim Həbsxanalar İdarəsindən verilən yazılı açıqlamada Megiddo həbsxanasının 10-cu kamerada baş mühafizəçiyə hücum cəhdindən sonra məhbusların axşam sayında xəbərdarlıq sirenləri işə düşüb. Həbsxana rəhbərliyi gözyaşardıcı qaz bombaları ilə vəziyyətə müdaxilə edib.

Məlumata görə 800-ə yaxın fələstinli məhbus Hayfa yaxınlığında yerləşən Megiddo həbsxanasında saxlanılır.

Xatırladaq ki, Fələstin İslami Cihad Hərəkatının üzvü 44 yaşlı Xıdır Adnan işğalçı qüvvələrin özbaşına həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb və səhhəti pisləşib və işğalçı rejim bunu nəzərə almayıb. Nəticədə Xıdır Adananın aclıq aksiyasının 86-cı günündə şəhid olub ki, bu da bölgədə gərginliyin yaranmasına səbəb olub.