03 March 2023

İraq İrandan daha çox qaz almaq istəyir

İraqın elektrik naziri Ziyad Əli Fazil ölkəsinin İrandan daha çox qaz almaq istədiyini açıqlayıb. Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İraqın Elektrik Naziri Ziyad Əli Fazıl televiziya kanallarının birinə verdiyi müsahibədə İraqın elektrik enerjisi istehsalının hazırda 15 min 600 meqavat olduğunu və vətəndaşlara gündə 18 saat elektrik enerjisi verdiyini açıqlayıb.

Hersoq: İsrail çətin bir dövr keçir

İsrail rejim prezidenti İshaq Hersoq çətin bir dövr yaşayan İsrailin çox təhlükəli daxili böhranla üzləşdiyini etiraf edib.

Operativtv.com Tesnim-ə istinadən xəbər verir ki, sağçı və irqçi Benyamin Netanyahu kabinetinin formalaşması və cəmiyyətində daxili təfriqələrin güclənməsindən sonra İsrail rəsmilərin rejim böhranlarının dərinləşməsi və süqutu ilə bağlı xəbərdarlıqları artıb.

DSX: İran-Azərbaycan sərhədinin Naxçıvan hissəsində hər hansı dəyişiklik baş verməyib

Dövlət Sərhəd Xidməti (DSX) Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran İslam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xəttinin qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

“Azəriqaz” ötən il qaz satışından əldə etdiyi vəsaiti açıqlayıb

2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara 7 milyard 321 milyon kubmetr “mavi yanacaq” satılıb.

Operativtv.com Reporta istinadən məlumatına görə, bunu “Azəriqaz” İB-nin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

İdmançımız Qış Avropa Çempionatında finala yüksəldi

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.

Hacı Şahinin ölümü ilə bağlı yeni məlumatlar: 2016-cı ildən...

"Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "qəfil və sirli" olmayıb".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu deputat, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.

"Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi məlumatları paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr artacaq.

Kamboca: Müxalifət partiyasının lideri “dövlətə xəyanət” ittihamı ilə 27 il ev dustaqlığına məhkum edilib

Kamboca məhkəməsi əvvəllər bağlanmış Milli Azadlıq Partiyasının lideri Kem Sokhanı “dövlətə xəyanət” ittihamı ilə 27 il ev dustaqlığına məhkum edib. Seçmək və seçilmək hüququndan məhrum edilən Sokh heç bir siyasi fəaliyyətlə məşğul ola bilməyəcək və ailəsindən kənar insanlarla görüşə bilməyəcək.

Sokhanın vəkili Ang Udom bir ay ərzində müvəkkilinə qarşı hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Jurnalist Elmar Hüseynovun qətlindən 18 il ötür, qatillər hələ də məsuliyyətə cəlb edilməyib

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 18 il keçir. İndiyədək qətlin icraçıları və sifarişçiləri məhkəmə qarşısına çıxarılmayıb.

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, martın 2-də bir qrup ictimai-siyasi xadimlər, media təmsilçiləri Elmar Hüseynovun xatirəsini yad etmək üçün onun məzarını ziyarət edib.

"Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi insan hüquqlarının vəziyyətində də özünü əks etdirməlidir"

Avropa Parlamentinin üzvü, Almaniyanın Yaşıllar partiyasından olan Viola Von Kramon-Taubadel Avropa İttifaqı-Azərbaycan münasibətləri, Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə Amerikanın Səsinə danışıb.

Xanım Von Kramon, Avropa İttifaqı ilə Azərbaycan arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz? Fikrinizcə, hansı məsələlər nəzərdən keçirilməlidir?

Abbas Hüseyn Müalicə Mərkəzinə köçürülüb, onun cəza çəkdiyi müəssisəsinin dəyişdirilməsi ehtimal olunur

Siyasi məhbus Abbas Hüseyn fevralın 23-də Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Buna  səbəb onun başqa müəssisəyə köçürüləcəyi ilə bağlı olduğu ehtimal olunur. Abbas Hüseyn cəzə çəkdiyi 7 saylı müəssisədə bir müddətdir ki, gərginlik yaşayıb. Əsasən bir neçə məhbusun planlı formada ona qarşı anormal davranışları münaqişəyə yol açıbmış. Abbasla bərabər buna etiraz elən iki nəfər məhbus  yaranan münaqişə səbəbindən həbsxanada karserə salınsalar da, sonrada onlar başqa müəssisələrə köçürülüb.

Orban: “ABŞ olmadan Avropada bir “NATO” quraq

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Aİ ölkələrini NATO-ya alternativ olaraq ABŞ-sız alyans yaratmağa dəvət edib.

İsveçrənin “Die Weltwoche” jurnalına danışan Orban Avropada NATO-ya alternativin yaradılmasını təklif edib. Avropa NATO-nun həll yolu olacağına inandığını ifadə edən Orban bu təklifi 2012-ci ildə də etdiyini xatırladıb. Orban vurğulayıb ki, Avropa ölkələri özləri özlərini qorumağa hazır olmalıdırlar.