“İsraillə münasibətlərin normallaşdırılması problemləri həll etməyəcək”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Qətərin keçmiş baş naziri çərşənbə gecəsi “İbrahim” sazişinin problemləri həll etməyəcəyini deyib. O, bunun İsraillə münasibətlərin normallaşmasından başqa bir şey olmadığını bildirib.

Qətərin keçmiş baş naziri Həməd Bin Casim əl-Tani çərşənbə gecəsi deyib: “Fələstinlilərlə israillilər arasında sülhün bərqərar olması üçün buna inanan və bunu istəyən məmurlar lazımdır. “İbrahim” adlanan müqavilə problemləri həll etməyəcək. Biz problem olan münasibətlərin normallaşmasından danışırıq.

Mən Fələstin məsələsini izləyirəm və arzum budur ki, bu problemlər həll olunsun və fələstinlilər sülh içində yaşasınlar. Mən baş nazir olanda hər gün israillilərlə danışırdım, lakin sülh vizyonu və ya məqsədi olmadan yeni bir ideya irəli sürmək hələ tezdir. Bu səbəbdən Qətər hələ də İbrahim müqaviləsini imzalamayıb və yəqin ki, heç vaxt da imzalamayacaq.

Milyonlarla fələstinli on illərdir hərbi şəraitdə yaşayır və biz hər gün onların fundamental hüquqlarının pozulduğunu görürük. Beynəlxalq ictimaiyyət sionist rejimin inzibati həbsləri və digər aparteid əməlləri barədə susur, Fələstin torpaqlarının davamlı işğalına və Fələstin hüquqlarının pozulmasına yaşıl işıq yandırır”.

O vəziyyətin belə olduğu halda məsələnin həllində ümid olmadığını deyib.