“İran xalqı timsahın göz yaşlarını yaxşı tanıyır”

    İran İslam Respublikasının xarici işlər naziri İranda məktəblərdə qız şagirdlərin zəhərlənməsi şübhəsi ilə bağlı Qərbin müdaxiləsinə reaksiya verərək İran xalqının timsahın göz yaşlarını çox yaxşı tanıdığını bildirib.

Hüseyn Əmir Abdullahiyan iranlı tələbə qızların zəhərlənməsi şübhəsi ilə bağlı bəzi Qərb rəsmilərinin müdaxiləsinə münasibət bildirərək, Twitter səhifəsində yazıb: “Ölkənin müvafiq qurumları bu hadisəni ciddi şəkildə izləyir, ölçülərini araşdırır. Böyük İran xalqı timsah göz yaşlarını çox yaxşı bilir! Düşmən birləşmiş müharibəsi ilə camaat arasında ümidsizlik yaratmağa çalışıb, son zamanlar isə media müharibəsi ilə xaos yaratmaq üçün tələbələr və valideynlər arasında stress və narahatlıq yaratmağa çalışır”.