Abbas Hüseyn Müalicə Mərkəzinə köçürülüb, onun cəza çəkdiyi müəssisəsinin dəyişdirilməsi ehtimal olunur

Siyasi məhbus Abbas Hüseyn fevralın 23-də Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Buna  səbəb onun başqa müəssisəyə köçürüləcəyi ilə bağlı olduğu ehtimal olunur. Abbas Hüseyn cəzə çəkdiyi 7 saylı müəssisədə bir müddətdir ki, gərginlik yaşayıb. Əsasən bir neçə məhbusun planlı formada ona qarşı anormal davranışları münaqişəyə yol açıbmış. Abbasla bərabər buna etiraz elən iki nəfər məhbus  yaranan münaqişə səbəbindən həbsxanada karserə salınsalar da, sonrada onlar başqa müəssisələrə köçürülüb. Bu addıma etiraz edən Abbas Hüseyn fevralın 12 də növbəti dəfə karserə salınıb. 11 gündən sonra, fevralın 23-də o, müəssisədən qaldırılaraq Müalicə Mərkəzinə yerləşdirilib. Çox böyük ehtimalla Abbas Hüseynin digər iki məhbus kimi cəza çəkdiyi müəssisəsi dəyişdiriləcək. Hələlik bunun hansı həbsxana olduğu haqda hər hansı bir məlumat yoxdur.

Vəkili ilə görüşən Abbas 7 saylı müəssisənin karserində işgəncələrə məruz qaldığını da bildirib. O, qolları qandallanandan sonra müəssisə işçiləri tərəfindən zor tətbiq edilərək fiziki təzyiqlərlə üzləşib. Faktla bağlı vəkil əlaqədar orqanlara müraciət edərək işin araşdırılması ilə məşğul olduğunu söyləyib.

Xatırladaq ki, bu gün Abbas Hüseynin doğum günüdür. O, 3 mart 1987-ci ildə Bakıda dünyaya göz açıb. Ad günü olmasına baxmayaraq Abbas Hüseyn Hacı Şahin Həsənli və Səbuhi Səlimovun ruhuna ehtiram əlaməti olaraq ad günü ilə bağlı bütün təbrik və paylaşımların edilməməsini xahiş edib.