DİN və Baş Prokurorluq orqanlarının 26 noyabr 2016-cı ildə Nardaran qəsəbəsində keçirdiyi əməliyyatdan 2 il 6 ay ötür. Hadisə zamanı saxlanılaraq 20 il azadlıqdan məhrumetmə cəzası alan Tale Bağırzadə və Abbas Hüseynovun həbsxanada təzyiqlərə məruz qalması ilə bağlı xəbərlər yayılıb. Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə təzyiqlərin Prezident Aparatından gələn göstəriş əsasında edildiyini açıqlayıb.
Rakurs TV-ə açıqlama verən hüquqşunas Ələsgər Məmmədli bildirir ki, ümumilikdə "Nardaran işi" qanun pozuntuları ilə müşayət olunub. O, ölkədaxili məhkəmələrdən fərqli olaraq, Avropa İnsan Haqları Məhkəməsinin qərarının obyektiv olacağını deyir:
"Bu tipli məhkəmə işlərində ölkədaxili məhkəmə instansiyaları işi araşdırıb ədalətli qərar qəbul etmir. Buna görə də, Avropa Məhkəməsində həmin hüquqlarla bağlı pozuntunun tanınmasına, ölkənin kompensassiya verməsinə, hüquq pozuntularına yol verilmiş şəxslərlə bağlı digər tədbirlərin görülməsinə qərar verilir. Burda da, bu ehtimal çox yüksəkdir".
Hüquqşunas Qobustan tipli həbsxanaların qapdılmalı və yeni cəzacəçmə müəssisələrinin yaradılmalı olduğunu bildirib. O, buna paralel olaraq, Penitensiar Xidmətə ictimai və dövlət nəzarətinin artırılmasının vacibliyini qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü İlham Hüseyn isə baş verənləri dövlət adına ləkə olaraq qiymətləndirib. O, partiyanın sədr müavini Fuad Qəhrəmanlının da bu hadisə ilə bağlı həbsinə diqqət çəkib:
"Azərbaycanda hələ də orta əsrlər ənənələri yaşayır. Azərbaycanda məhkəmə sistemi vətəndaşlardan qisas almaq alətinə çevrilib. Bu adamların heç bir günahı yoxdur. Bu adamların yeganə günahı vətənlərini sevmələridir, ədalətli bir ölkədə yaşamaq istəmələridir. Öz dini inanclarına sadiq olmalarıdır".
Xatırladaq ki, Nardaran hadisəsi ilə bağlı ümumilikdə 90-a yaxın şəxs saxlanılıb, onlardan 42 şəxsə ən ağır ittihamlarla 10 ildən 20 ilədək həbs cəzası verilib. Şərti olaraq "Nardaran 1,2,3" adlanan məhkəmə prosesləri üzrə mühakimə olunan şəxslər ümumilikdə 709 ildən çox müddətə azadlıqdan məhrum olunub. Saxlanılanlar "dövlət çevrilişinə cəhd", "terrorçuluq", "dini nifaq salma" və s. bu kimi ağır maddələrlə ittiham olunublar. Onlar isə heç bir ittihamı qəbul etmir, cinayət işinin sifarişli və saxta olduğunu bildirirlər. Təqsirləndirilənlər məhkəmə prosesi zamanı saxlanılarkən və həbsdə dəhşətli işgəncələrə məruz qaldıqlarını deyiblər.
"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

Oxşar xəbərlər