Tale Bağırzadə Əbülfəz Bünyatovun haqqında çıxarılan hökmə münasibət bildirib.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə hərəkatın idarə heyətinin üzvü Əbülfəz Bünyatovun haqqında çıxarılan hökmü pisləyib. Rakurs TV-nin məlumatına görə, bu barədə o, yaxınları ilə telefon danışığı zamanı deyib:
"Mən Azərbaycan hakimiyyətindən hər şey gözləyirəm. Amma doğrusu, vurub şikəst etdikləri, hərəkət edə bilməyən, hətta təbii ehtiyaclarını belə ödəmək iqtidarında olmayan bir adamı həbsə, özü də qapalı həbsxanaya göndərəcəklərini gözləmirdim".
Ə.Bünyadov iyulun 11-i keçirilən məhkəmə prosesində həbs edilərək Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına aparılıb və hazırda orada saxlanılır.
T.Bağırzadə Azərbaycan hakimiyyətini Ə.Bünyadov haqqında qərarı dəyişməyə çağırıb: "Əbülfəz Bünyadovla bağlı verilən qərar insanlıqdan kənar hərəkətdir. İqtidarda olduğunuz müddətdə çox ağır əməllərin yükünü öz vicdanınıza yükləmisiniz. Bu yükü də vicdanınıza yükləyib, ruhunuzu tam qaraltmayın. Əbülfəz qardaşımız haqqında verdiyiniz qərarı dəyişin...".
Əbülfəz Bünyatov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibidir. O, həmin əməliyyatda aldığı güllə yarasından hərəkət qabiliyyətini tam itirib. Məhkəmə qarşısına xərəkdə uzanıqlı vəziyyətdə çıxarılan Ə.Bünyadov iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. O, cəzasının ilk üç ilini Qobustan qapalı həbsxanasında, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
İlahiyyatçı Tale Bağırzadə 2015-ci il noyabrın 26-ı Nardaran qəsəbəsində keçirilən əməliyyatla həbs olunub. O və Müsəlman Birliyi Hərəkatının xeyli üzvünə 10-20 il arası həbs cəzası verilib. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə ittiham olunurlar. Həbs olunanlar ittihamların saxta olduğunu, saxlanılarkən və sonra işgəncələrə məruz qaldıqlarını, Nardaranda polislərin öz polis əməkdaşları tərəfindən öldürüldüklərini bildirirlər.
Tale Bağırzadə: "Əbülfəz Bünyadovla bağlı verilən qərar insanlıqdan kənar hərəkətdir"

Oxşar xəbərlər