Abbas Hüseyn Əbülfəz Bünyatov barəsində çıxarılan hökmə etriaz edir
2015-ci ildə Nardaranda keçirilən əməliyyat zamanı güllələnərək iflic edilən Əbülfəz Bünyatov bugünlərdə məhkəmə qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Bünyatov məhkəmə proseslərinə xərəkdə gətirilib və həbsxanaya da elə xərəkdə göndərilib.
Əbülfəz Bünyatova qarşı bu amansız davranışa Nardaran məhbuslarından biri, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Huseyn zindandan reaksiya bildirib:
“Hər kəsə məlumdur ki, Nardaranda bizlərə qarşı həyata keçirilmiş qətliam zamanı 4 nəfər dindar, 2 nəfər də polis öldürüldü. Dünən hökmü oxunmuş Hacı Əbülfəz Bünyadov isə onurğasından güllələnərək şikəst edildi. Açığı, zalımlıqlarına bələd olsam da, bu dərəcədə də vicdansızlıq edib, şikəst birini yenidən həbsə göndərəcəklərini gözləmirdim. Şikəst etməkləriylə ürəkləri soyumayıb, Hacı Əbülfəzi 15 il müddətinə azadlıqdan məhrum edib, üstəlik 3 ilini Qobustanda çəkmək cəzasını verməyə insan ad qoya bilmir. Bu, insanlığın ayaqlar altında tapdalanmasıdır. Bu, vicdansızlığın kuliminasiya nöqtəsidir. Bu, göz görə-görə Hacı Əbülfəzi ölümə tərk etməkdir! Qobustan necə bir yerdir, hər kəs yaxşı bilir. Hacı Əbülfəz üçün bu vəziyyətdə Qobustan ölümün ağuşunda yaşamaq olacaq. Ona görə də çağırış edirəm ki, nə qədər gec deyil, bu səhvi düzəldin. Şikəst birinə bu qeyri-insani rəftardan əl çəkin. Hacı Əbülfəzə nəsə olsa, bunun məsuliyyəti hakimiyyətin üstündədir”, – deyə A.Hüseyn bildirib.
azadliq.info
“Şikəst etdikləri birini həbsə göndərmək…”

Oxşar xəbərlər