Moskvada “26 noyabr” koalisiyasının tədbiri keçirilib - Foto - Video

26 aprel tarixində Rusiyanın paytaxtı Moskva şəhərində “26noyabr” koalisiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdən məqsəd 2015-ci ildə Nardaranda baş vermiş hadisənin mahiyyətinin cəmiyyətə aşılanması olub.Tədbirdə Azərbaycanın dəyərli ruahilərindən olan Hacı Fəxri İlyasov, Rusiyada yaşayan dindarlar və muaxlifət partiya nümayəndələri iştirak ediblər.

“26 noyabr” koalisiyasının yaradılması təşəbbüsünü Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadə irəli sürüb. İlahiyyatçı Nardaran hadisələrində həbs olunmuş şəxslərin hüquqlarının müdafiəsi, onların ailələrinə diqqətin artırılması və Nardaranda baş verən hadisələrin əsl mahiyyətinin işıqlandırılması məqsədi ilə koalisiya yaradılmasına çağırış etmişdi.

operativ.tv