İsrail qrdusu Qəzza, Rəfə və Xan Yunisə zərbələr endirib

10 oktyabrda qüvvəyə minən Qəzzada atəşkəsə baxmayaraq, soyqırım törədən İsrail ordusu Qəzza, Xan Yunis və Rəfədə yeni hava hücumları təşkil edib. Yerli mənbələr bəzi ərazilərdə binaların partladıldığını və qarşıdurmaların gücləndiyini bildirir.

Yerli mənbələrə görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsini bombalayıb. Hava hücumu ilə eyni vaxtda İsrail əsgərləri ərazidəki bir neçə binanı partladıb. Partlayışlar şəhərin hər yerində eşidilib.

Şahidlər hücumların yalnız Qəzzanın şəhər mərkəzi ilə məhdudlaşmadığını bildiriblər. Xan Yunisin şərqindəki Beni Suheyla şəhəri və Rəfahın müxtəlif əraziləri döyüş təyyarələri və hərbi maşınların şiddətli atəşinə məruz qalıb.

İsrail ordusuna məxsus helikopterlərin də ərazi üzərindən uçaraq atəş açdığı bildirilir. Hələlik itki və ya xəsarət alanlarla bağlı rəsmi açıqlama verilməyib.

Soyqırım törədən İsrail ordusu atəşkəs şərtlərinə əsasən Qəzza zolağının təxminən 50%-ni əhatə edən "Sarı Xətt" ərazisinə çəkilib. Lakin, oxşar bombardmanların bu xəttə yaxın ərazilərdə həftələrlə davam etdiyi bildirilir.

Qəzza hökumətinin mətbuat ofisi sionist İsrailin 10 oktyabrdan bəri atəşkəsi təxminən 500 dəfə pozduğunu açıqlayıb. Bəyanata görə, bu müddət ərzində ən azı 347 fələstinli şəhid olub.