Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılır

Azərbaycan və İran arasında Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.

“Əldə olunan razılaşmaya əsasən, biz bu layihəni 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra həyata keçirməyə başlayacağımıza ümid edirik",- deyə o bildirib. 

Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İslam Respublikasında ən mühüm dəmir yolu layihəsidir.

Mayın 17-də Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara avtomobil yolunun birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

Dəhlizin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq.