Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 1/4 final mərhələsinin bu gün keçirilən cavab matçında "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.
Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. "Qırmızı-qaralar"ın heyətində 39-cu dəqiqədə Osama Xalayla, 42-ci dəqiqədə Urfan Abbasov fərqlənib. Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən "Qəbələ" yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda "Zirə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Ötən gün "Zirə" və "Qarabağ" yarımfinala yüksəlib.
Azərbaycan Kubokunda ilk yarımfinal cütü bəlli oldu